Mədəniyyət
185
21:55, Bu gün

"50 ilə yaxın teatrda işləmişəm, heç vaxt qrim otağım olmayıb"- Xalq artisti -FOTO+ÖZƏL

"Bu gün 80 illik yubileyimdir. Doğmalarımın, sevdiklərimin əhatəsində qeyd edirəm. Bir neçə saat öncə Mədəniyyət Nazirliyindən nümayəndə gəldi və məni 80 illik yubileyimlə bağlı təbrik etdi. Cənab nazirə təşəkkür edirəm ki, məni yad etdilər. Sizə də təşəkkür edirəm ki, məni unutmamısız".

Bunu Moderator.az-a açıqlamasında Xalq artisti Vidadi Əliyev bildirib. Sənətkar daha sonra ən böyük arzusundan danışıb:

"50 ilə yaxın İrəvan Dövlət Azərbaycan Dram Teatrında çalışmışam. 21 il İrəvanda, qalan illəri də Bakıda.. Həm aktyor olmuşam, həm də rejissor. Mən hələ qrim otağı üzü görməmişəm. Bizim binanı təmir ediblər, təhvil verməlidirlər. Orada hər cür şərait var. Arzum budur ki, teatr fəaliyyətə başlasın və teatrın aktyorlarının öz qrim otağı olsun. Mən bu günü görmək istəyirəm. Bu günlərdə binanı təvhil verəcəklər. Teatrı ermənilərin içində saxlamaq çox çətin idi. Biz fədakarlıq etmişik. Bakıya gələndən sonra da dövlətdən maaş almadan teatrı yaşatmışıq. Ulu Öndər Heydər Əliyev hakimiyyətə gələndən sonra teatrımız yaşadı. Bu qədər əziyyətlərdən sonra nəhayət ki, teatrımızın binası olacaq. Teatrımızın heç vaxt öz binası olmayıb. Bu böyük bir hadisədir" deyə sənətkar bildirib.

Xalq artisti filmlərə çəkilməməsinin səbəblərindən də danışıb:

"Səhhətimlə bağlı filmlərə çəkilmirdim. 80 yaş zarafat deyil. Sentyabr ayının 15-dən yeni bir filmə başlayırıq. Çəkilişlərimiz Şamaxıda olacaq" deyə o bildirib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər