Yarımçıq qalmış tamaşanın biletləri növbəti nümayiş üçün də keçərlidir - YUĞ Teatrı
Mədəniyyət
375
15:04, Bu gün

Yarımçıq qalmış tamaşanın biletləri növbəti nümayiş üçün də keçərlidir - YUĞ Teatrı

Azərbaycan Dövlət YUĞ Teatrı martın 16-da yarımçıq dayandırılan "Asılqan" tamaşasının biletlərinin aprelin 6-da nümayiş üçün də keçərli olacağını açıqlayıb.
 
Bu barədə Moderator.az-a teatrdan məlumat verilib.
 
Xatırladaq ki, martın 16-da Azərbaycan Dövlət YUĞ Teatrında nümayiş olunan "Asılqan" tamaşası aktyor Elşən Əsgərovun istəyi ilə yarımçıq dayandırılıb. Aktyor bu addımı teatrın səhnəsinin şəraitsizliyi ilə əlaqələndirib.
 
O, tərəf müqabili aktrisa Ləman Mərrihdən, quruluşçü rejissor Əbdülqəni Əliyevdən və tamaşaçılardan üzr istəyərək tamaşanın davamını oynamaqdan imtina edib. 
 
Qeyd edək ki, Azərbaycan Dövlət YUĞ Teatrının binası 2016-cı ildə sökülüb. Teatr həmin vaxtdan indiyədək fəaliyyətini Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının kiçik məşq zalında davam etdirir.
 
Link kopyalandı!
Son xəbərlər