Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev vəfat etdi
Mədəniyyət
680
16 Mar 2025 | 21:13

Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev vəfat etdi

Bu gün sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev vəfat edib.
 
Bu barədə incəsənət xadiminin qızı Aysel Ziyadxanlı məlumat yayıb.
 
Xatırladaq ki, Ziyadxan Əliyev Azərbaycan təsviri sənətinin müxtəlif sahələrini, onun inkişaf tendensiyalarını, ayrı-ayrı sənətkarların yaradıcılığının ardıcıl araşdırmaçısı kimi tanınırdı. Azərbaycan təsviri sənətinin inkişafındakı xidmətlərinə görə, o, 2006-cı ildə "Əməkdar incəsənət xadimi" fəxri adı ilə təltif olunub.
Link kopyalandı!
Son xəbərlər