Xankəndiyə gedənlərin NƏZƏRİNƏ: NOVRUZ TONQALI... 
Mədəniyyət
414
16 Mar 2025 | 19:27

Xankəndiyə gedənlərin NƏZƏRİNƏ: NOVRUZ TONQALI... 

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə martın 18-də saat 19.45-də Xankəndidə Zəfər meydanında "Xankəndinin bahar nəğməsi" adlı konsert olacaq.
 
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-ya verilən məlumata görə, martın 18-də Xankəndi, Xocalı və Ağdərədə axırıncı torpaq çərşənbəsi də qeyd olunacaq, Novruz tonqalı yandırılacaq. 
 
Sakinlər Xocalı şəhərinin girişində quraşdırılmış Səməni ətrafına toplaşacaq, torpağın oyanışını uzun illər həsrətində olduqları el-obalarında qeyd edəcəklər. 
 
Hər ev, hər ailə bayram ovqatı və sevinc yaşayacaq.
 
 
Link kopyalandı!
Son xəbərlər