Bizi sosial şəbəkələrdən izləyin:
Son bir neçə ildir ki, hər kəsin dilində əzbərə çevirdiyi şablon bir söz var: "Teatra gedən varmı?", "İndi tamaşalar əvvəlki kimi deyil".
Moderator.az xəbər verir ki, bu gün Abdulla Şaiq adına Dövlət Kukla Teatrının mətbuat xidmətinin rəhbəri Həmidə Rüstəmova belə bir paylaşım edib: "Bİletlər satılıb".
Açıq kassa ilə satılan biletlər artıq bitib. Bu isə o deməkdir ki, artıq tabular qırılıb və teatra gedənlərin sayı heç də az deyil.
Paylaşımı təqdim edirik:
"Özü də açıq kassa ilə...
Bu arada, biz izdihamı özümüz yaradırıq, təşkilatçılar yox. Sözsüz ki, gözəl səhnə əsərləri ilə. Axı uşaqları aldatmaq, zala təhkim eləmək olmur".