Bizi sosial şəbəkələrdən izləyin:
"Harri Potter" filmində Kök keşiş obrazını canlandıran britaniyalı aktyor Saymon Fişer-Bekker 63 yaşında vəfat edib.
Martın 9-da vəfat edən aktyorun ölüm səbəbi məlum deyil.
Fişer-Bekker 2001-ci ildə ekranlara çıxan “Harri Potter və Fəlsəfə Daşı” filmində Kabus Kök keşiş obrazını canlandırdıqdan sonra geniş tanınıb.
O, həmçinin “Les Miserables”, “Puppy love”, “Doctor Who” filmlərində rol alıb.