Mədəniyyət
242
16:16, Bu gün

"Harri Potter"in aktyoru vəfat etdi – FOTO

"Harri Potter"  filmində Kök keşiş obrazını canlandıran britaniyalı aktyor Saymon Fişer-Bekker 63 yaşında vəfat edib.
 
Martın 9-da vəfat edən aktyorun ölüm səbəbi məlum deyil.
 
Fişer-Bekker 2001-ci ildə ekranlara çıxan “Harri Potter və Fəlsəfə Daşı” filmində Kabus Kök keşiş obrazını canlandırdıqdan sonra geniş tanınıb.
 
O, həmçinin “Les Miserables”, “Puppy love”, “Doctor Who” filmlərində rol alıb.
 
Link kopyalandı!
Son xəbərlər