Əməkdar artisti vəfat etdi
1668
10 Mar 2025 | 16:06

Əməkdar artisti vəfat etdi

Rusiyanın Əməkdar artisti Tatyana Qovorova vəfat edib.
 
Aktrisa 84 yaşında kəskin ürək çatışmazlığından təcili tibbi yardım maşınında dünyasını dəyişib. 
 
Qeyd edək ki, T.Qovorova aktyor Viktor Pavlovun həyat yoldaşı idi. O, 1970-ci ildə filmlərdə çəkilməyə başlayıb və ilk dəfə "Stroqanovlar" dramında "Kseniya Bakulina" rolu sayəsində şöhrət qazanıb. Aktrisa "Qəribə qadın", "Kənd əhvalatı", "Beyaz rəqs" filmlərində və "Ölümcül qüvvə" serialında da rol alıb. /Axşam.az
 
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər