Xalq artisti Tünzalə Ağayeva hər kəsi təəccübləndirdi - VİDEO
Mədəniyyət
355
13:35, Bu gün

Xalq artisti Tünzalə Ağayeva hər kəsi təəccübləndirdi - VİDEO

Xalq artisti Tünzalə Ağayeva Heydər Əliyev sarayında baş tutan konsert proqramında çıxış edib.
 
Mədəniyyət Nazirliyi və Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitesinin birgə təşkilatçılığı ilə 2025-ci il “Konstitusiya və Suverenlik” ili çərçivəsində baş tutan tədbir 8 mart Beynəlxalq Qadınlar gününə həsr olunub. 
 
Gecədə çıxış edən pop ulduz Tünzalə Ağayeva hər kəsi təəccübləndirib. Xalq artisti tək başına, heç bir müşayiət olmadan royalda əsər ifa edib. Sevilən müğənni dünyacaməşhur ulduz Uitni Xyustonun “I Have Nothing” mahnısı ilə müəllifi olduğu “Sənsiz” əsərini sintez edib.
 
Sözügedən çıxış tamaşaçılar tərəfindən böyük rəğbət və gür alqışlarla qarşılanılıb. 
 
Xalq artisti tədbirlə bağlı bu sözləri dilə gətirib: “Bu səhnə hər bir sənət adamı üçün çox doğmadır. Sevinc, xoşbəxtlik hisslərinin bol olduğu bir yerdir. Bu gün qadınlar, analar mövzusu ən öndəgedən mövzudur. Əziz Azərbaycan qadını, dünyaya igidlər gətirən analar. O, igidlər ki, bizə əbədi zəfər bəxş etdilər. O analarımız hər zaman zirvədədir. Azərbaycan qadını, anası ən zirvədə olan xanımdır. Nə qədər alqışlasanız, minnətdar olsaq azdır. Eşq olsun Azərbaycan xanımına. İgidlərimizi dünyaya gətirən əziz analarımız qarşınızda baş əyirik”.
 
Səhnədə füsunkar görünən ulduz geyimində qara tonlardan istifadə edib. Onun bütöv obrazı üzərində Rusiyada, Orta Asiyada, Qafqazda tanınan həmyerlimiz, dizayner Orxan Sultan hazırlayıb. 
 
Konsertdən olan görüntüləri təqdim edirik:

 

Link kopyalandı!
Son xəbərlər