Yazımızda görkəmli Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadənin qızı Münəvər xanımın bu günədək işıq üzü görməyən nadir fotoşəkli haqda bəhs etmək istərdik.
Şəkildə soldan aşağı küncdə olan balaca qız mənim anam Novruzova Lətifə Abbasqulu qızıdır. Bu fotoşəkli də mənə anam öz şəxsi kitabxanasından təqdim edib. Həmin fotoşəkil 1963-cü ildə Nehrəm kənd orta məktəbinin 9a sinifinin şagirdləri (anam da daxil olmaqla) pionerlərlər kimi məktəbdən görkəmli şəxsiyətlər barədə məlumat toplamaq məqsədilə Nehrəm kəndində görkəmli ədib Cəlil Məmmədquluzadənin qızı Münəvvər xanımı ziyarət edərkən çəkilib.
Fotoşəkildə soldan yuxarı küncdəki 1950-cü ildə doğulmuş Novruzov İbrahim Niftəli oğludur. Hazırda Bakı şəhərində yaşayan ixtisasca mühəndis olan İbrahim Novruzov pensiyaçıdır.
Soldan aşağı küncdə olan 1948-cü ildə doğulmuş anam Novruzova Lətifə Abasqulu qızıdır. Bir zamanlar tibb bacısı işləmiş anam hazırda pensiyaçıdır və Bakı şəhərində yaşayır.
Sağdan yuxarı küncdə olan isə bir zamanlar həkim işləmiş Tağıyev Adil Hüseyn oğludur və hazırda o da pensiyaçıdır və Bakı şəhərində yaşayır.
Sağdan aşağı küncdə olan sonuncu sima isə Mehdiyeva Rəna Əqil qızıdır (evdar xanım).
Anam Lətifə xanım deyir ki, “Münəvvər xanım çox dünyagörüşlü xanım idi, onunla istənilən mövzuda maraqlı ünsiyyət qumaq olurdu. Bizə atası Cəlil Məmmədqulzadə haqqında olan xatirələrindən danışırdı”. Minəvər xanımın dediklərinə istinadən anamın xatirində qalanlar bunlardır: “Atam (Cəlil Məmmədqulzadə nəzərdə tutulur – Ş.Ə.) bizə cox diqqət göstərirdi və onu biz heç vaxt qələmsiz görmürdük, daim işliyirdi, yazırdı, yaradırdı. O, hər zaman yazıb yaratmaqla yaşıyırdı, qəribə yumor hissi var idi. Kiminsə hövsələsi olmayanda onda şən-əhval ruhiyyə yarada bilirdi. Atam savadlı insanları sevirdi. O, oxumağa maraq göstərən gəncləri tərənnüm edirdi, xaricdə təsil alan insanlardan xoşu gəlirdi. Azərbaycanda tanımış yazarlar çoxdur. Mən atamla hər zaman fəxr edirəm. Ona görə ki, mən Cəlil Məmmədquluzadənin qızıyam. Allah sizi qorusun, cox sağ olun məni ziyarət etiniz, atamla maraqlandınız sizlər də inşallah gələcəkdə gözəl yazarlar olarsız”.
Qeyd edək ki, Məmmədquluzadə Münəvvər Cəlil qızı (1897-1965) C.Məmmədquluzadənin Həlimə xanımla nikahından olan qızıdır. Təəssüf ki, bir yaşına çatmamış anası vəfat etmiş, onu babası Məmmədqulu kişi və nənəsi Sara xanım böyütmüşlər. 1905-ci ildə atası onu Tiflisə apararaq təhsili ilə məşğul olmuşdur. Burada M. qız gimnaziyasını bitirmişdir. 1918-ci ildə Həmidə xanım onu özünün razılığı ilə Tiflisdə İran konsulluğunda işləyən zabit İdris xana ərə vermişdir. Bundan narazı qalan Mirzə Cəlil hətta qızının toyunda da iştirak etməmişdi. Az sonra ərindən ayrılan Münəvvər xanım atasının ailəsinə qayıtmış və Məmmədquluzadələrin Cənubi Azərbaycana səfəri zamanı onlarla birlikdə Təbrizə köçmüşdü. 1921-ci ildə o da Bakıya qayıtmışdır. Burada tibb məktəbini bitirən Münəvvər xanım tezliklə Həmidə xanımın birinci nikahdan olan oğlu Müzəffər Davatdarovla ailə qurmuş və Kürdəmirə köçmüşdür. Mirzə Cəlil onlarla müntəzəm məktublaşır, xahişlərinə həvəslə qarşılıq verir, Münəvvər xanımın tibb bacısı işlədiyi dövrdə ona gərək olan tibbi ləvazimatı alıb göndərirdi. Bu nikahdan da övladı olmayan Münəvvər xanım atası vəfat etdikdən sonra ərindən ayrılaraq Naxçıvana qayıtmış, vaxtilə atasının müəllimlik etdiyi Nehrəm kəndində məskən salaraq səhiyyə sahəsində çalışmış, müəllimlik etmişdir. 1964-cü ildə Bakıya köçmüşdür. Nöbbəti il, yəni 1965-ci ildə xəstə olarkən ədəbiyyatşünas-alim Ə.Mirəhmədova atası haqqında xatirələrini danışmağa başlamış, lakin tezliklə vəfat etdiyindən xatirələr yarımçıq qalmışdır. Münəvvər xanımın dedikləri 1966 ilin mart ayının 19-da "Bakı" qəzetində "O mənə həm atalıq, həm də analıq elədi" adı altında dərc olunmuşdur. Ədibin şəxsi həyatının Nehrəmlə bağlı mühüm məqamları diqqəti cəlb edir. O, burada yaşayarkən Nağı kişinin qızı Həlimə xanımla ailə qurub və bu izdivacdan Münəvvər xanım Məmmədquluzadə dünyaya gəlib. Münəvvər xanım da dövrünün mütərəqqi fikirli ziyalı qadınlarından biri olub. SSRİ Ali Sovetinin deputatı Münəvvər xanım Nehrəmdə tibb bacısı kimi fəaliyyət göstərib, 10 il Naxçıvanda Səhiyyə Şöbəsinin müdiri vəzifəsində işləyib. Ömrünün son illərində sovet hökuməti tərəfindən mənəvi terrora məruz qalan və buna əsərlərinin çoxunu sobada yandırmaqla mənəvi etirazını bildirən Mirzə Cəlilin qızı da sovet ideologiyasının yaratdığı mənəvi-psixoloji sarsıntı, qorxu altında atası haqqında ətraflı danışmaqdan ehtiyatlanırdı. Bu da dövrün reallıqları idi. Heç şübhəsiz ki, Cəlil Məmmədquluzadə yaşasaydı, o da xalqının düşünən beyinlərindən biri kimi ailəsi ilə birgə bolşevik rejimi tərəfindən repressiyaya məruz qalacaqdı.
Beləliklə, biz Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadənin qızı Münəvər xanımın bu günədək heç yerdə dərc olunmayan nadir fotoşəkli haqda məlumat verməyə çalışdıq.
Əliyev Şahin Müslüm oğlu
hüquqşünas