İlham Əliyev SƏRƏNCAM imzaladı
Mədəniyyət
1216
21 Feb 2025 | 13:30

İlham Əliyev SƏRƏNCAM imzaladı

Bəxtiyar Vahabzadənin 100 illik yubileyi qeyd ediləcək.
 
Moderator.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.
 
Sərəncamla Mədəniyyət Nazirliyi Elm və Təhsil Nazirliyi ilə birlikdə, Azərbaycan Yazıçılar Birliyinin təklifləri nəzərə alınmaqla Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyinə dair tədbirlər planı hazırlayıb həyata keçirəcək.
 
Qeyd edək ki, avqust ayında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi, dramaturq, ədəbiyyatşünas, pedaqoq və ictimai xadim, SSRİ və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı, akademik Bəxtiyar Mahmud oğlu Vahabzadənin anadan olmasının 100 ili tamam olur.
Link kopyalandı!
Son xəbərlər