Rəhman Rəhmanovdan Əməkdar artistə eşq etirafı: “İlk məhəbbətim olub”
Mədəniyyət
2145
19 Feb 2025 | 08:58

Rəhman Rəhmanovdan Əməkdar artistə eşq etirafı: “İlk məhəbbətim olub”

Əməkdar artist Rəhman Rəhmanov etirafı ilə diqqət çəkib.
 
 "Elgizlə izlə"də qonaq olan sənətçi ilk məhəbbətinin Əməkdar artist Firuzə İbadova olduğunu deyib. 
 
O bildirib ki, F. İbadovanı uzun illər öncədən tanıyır:
 
"16-17 yaşım var idi. Firuzə xanımgilə gedib gələ-gələ ona vuruldum. İlk məhəbbətim olub. Firuzə xanım çox gözəl qadındır. Onu hər dəfə görəndə yenidən vurulurdum. Mən istəyirdim, o, özü istəmədi. Dedi ki, bacım da Kukla Teatrında çalışır, sən də. Daha nə oldu? Dedi ki, Rəhman incimə, biz səninlə dost qalacağıq. Doğrudan da, 60 ilə yaxındır dostuq". (Bizim.Media)
Link kopyalandı!
Son xəbərlər