Bizi sosial şəbəkələrdən izləyin:
Moderator.az xəbər verir ki, DokuBaku Beynəlxalq Sənədli Film Festivalı Gənc Film İstehsalçıları Assosiasiyasının təşkilatçılığı, AR Mədəniyyət Nazirliyinin dəstəyilə DokuToor proqramını elan edir!
Proqramda festivalın son buraxılışında mükafat qazanan yerli və beynəlxalq qısa və tammetrajlı filmlər azərbaycan və ingilis subtitrləri ilə nümayiş etdiriləcək.
Nümayişlər 15 fevral tarixində, saat 16:00-da “Nizami” Kino Mərkəzinin 3-cü zalında keçiriləcək.
DokuToor proqramında nümayiş olunacaq filmlər:
Aylin Gökmen -“Elə o vaxtdan mən uçuram” | 18:30 | İsveçrə | iCosmos mükafatı
Babək Abbaszadə -“Tanrının xilas əli” | 40:39 | Azərbaycan | iCosmos Xüsusi mükafatı
Vasili Ovçinnikov -“4:30” | 15:00 | Rusiya Federasiyası | iCosmos Xüsusi mükafatı
Nümayişdən sonra kinotənqidçi Aygün Aslanlının moderatorluğu və “Tanrının xilas əli” filminin rejissoru Babək Abbaszadənin iştirak ilə müzakirələr aparılacaq.