Bizi sosial şəbəkələrdən izləyin:
Xalq artisti Əli Nur aktyor Cavidan Novruzun ünvanına qalmaqallı sözlər deyib.
Aktyor Cavidanın Akademik Milli Dram Teatrından qovulmasını istədiyini bildirib. Buna səbəb isə Cavidanın "Atamın dəfnində təmtəraqlı çıxışlar olmadı. Əli Nurun ora gəlməsinin bir mənası yox idi" sözləri olub.
Əli Nur "Künc-bucaq" yutub layihəsində bildirib ki, Xalq artisti Ramiz Novruzun dəfn mərasimində özü öndə gedib, bir çox təşəbbüslər irəli sürüb:
"Ramiz Novruz vəfat edəndə getdim, gördüm ki, orada Mədəniyyət nazirliyinin və digər qurumların nümayəndələri yoxdur. Saat 2 idi dəfn haqda heç nə deyilmirdi. Dedim ki, Ramiz Novruz seçilmiş aktyordur, ona qarşı etinatsızlıq olmaz. Saat 3-dən sonra nazirliyin, icra hakimiyyətin nümayəndəsi gəldi. Tabutu qaldıranda dedim dayanın, orada onun mədəniyyətimizə etdiyi xidmətlərdən danışdım. Məclisi də mən apardım. İndi baxıram ki, Cavidan deyir ki, atamın yasını pozan teatrın yaşlı aktyorları oldu. Başda da Əli Nur, onu öyrədib gətiriblər. Guya, taetrın yaşlı nəsli Ramiz Novruzun ölümünə sevinir".
Əli Nur əlavə edib ki, Cavidanın teatrdan uzaqlaşdırılması üçün Mədəniyyət Nazirliyinə müraciət edəcək:
"Cavidan, teatra gələn gənc intriqaçı aktyorlar qovulub. Sən dünənki uşaq oturub teatrı tənqid edirsən? Mənim oğlum gedib şəhid oldu, sən isə gizləndin. Hikmət Rəhimov deyir, bu teatrı saymıram. Onu şişirtmişdilər, baş rol verirdilər. Ziya Ağa, Hikmət Rəhimov, Cavidan virusdur. Mədəniyyət nazirinin qarşısına məsələni qoyacam, o, teatrdan getməlidir. Hazırda əlimdə yeni rolun məşqi var. Bitsin, nazirliyə gedəcəm. Bu viruslar haradan gəlib teatra düşüblər? Sənin kimi iki virus var idi (Hikmət Rəhimov və Ziya Ağa - red.), qovulmalı idi, amma ərizəsi ilə çıxdı. Atan teatrda aktyorların çoxu ilə düşmən idi. Utanmırsan atanın çalışdığı yeri təhqir edirsən? Cavidan Novruz, sən teatrdan getməlisən". //Axşam.az