“İlhamə Quliyeva qızılgül kimi idi, tikanlarını o vaxt çıxarırdı ki...”-FOTO
Mədəniyyət
689
10:37, Bu gün

“İlhamə Quliyeva qızılgül kimi idi, tikanlarını o vaxt çıxarırdı ki...”-FOTO

 
“Dünyasını dəyişən sənətkarın haqqında danışmağın özü böyük bir qəbahət və günahdır. Həmin sənətkarlar Azərbaycan musiqi mədəniyyətinə xidmət ediblər. Bəzən bizim görkəmli sənətkarımız İhamə xanım haqda danışırlar. Bu mənə çox pis təsir edir. İlhamə xanım Quliyeva böyük sənətkar idi. Həmçinin də gözəl insan olub. İlhamə xanım qızılgül kimi idi. O tikanlarını insan özünü düz aparmayanda, sənəti kiçik olub özünü böyük aparanda çıxarırdı. İlhamə Quliyevanı heç bir sənətkara tay tutmuram, o böyük sənətkar idi. Ondan bir daha gəlməyəcək. Dünyasını dəyişən sənətkarın haqqında nə danışmaq olar? Nə qədər danışsan da onun bir nəğməsi eşidiləndə artıq insan danışdığına görə özü peşman olar. O insanlar sağ olanda onların üzünə demək lazım idi. Dünyalarını dəyişəndən sonra danışmaq düzgün deyil. Çünki ədəbə-ərkana sığmayan bir şeylərdir. Nəyə görə özümüz-özümüzü baltalayırıq?”
 
 
 
Bunu Moderator.az-a açıqlamasında əməkdar artist Firuzə İbadova deyib. O daha sonra anım günü olan müəllimi, ustadı, görkəmli sənətkarımız Şövkət Ələkbərovanı da xatırlayıb:
“Şövkət xanım mənim sənət günəşim olub. Mən bu gün də onun məzarına gedəndə onunla danışıram. Şövkət xanım özündən yaşca və sənətdə çox balaca olan insanlara xanım deyə müraciət edirdi. Şövkət xanım görün nə boyda dahi bir insan idi. Şövkət xanımın adı onun tələbələrinin üzərindədir. O tələbələrinə daha sonralar da kömək edirdi. Məsələn, xalq artisti Mənsum İbrahimovu Opera və Balet teatrına o qəbul etdirib. O vaxt Şövkət xanım məni də Opera və Balet Teatrına aparmaq istəyirdi. Amma mən həmin dövrdə həm Müslüm Maqomayev adına Dövlət Filarmoniyasının, həm də Mahnı Teatrının solisti kimi hər gün konsertlərdə olurdum. Bundan əlavə də bir neçə ansamblın solisti idim. Teatra getsəydim bütün bunların üstündən qara bir xətt çəkəcəkdim. Çox sevindirici bir haldır ki, Şövkət xanımın bu gün mahnılarından, əsərlərindən gənclər də yararlanır. Əminəm ki, Şövkət xanımın ruhu hər zaman şaddır” deyə sənətkar bildirib.
Link kopyalandı!
Son xəbərlər