Tanınmış bəstəkar Sevinc Tofiqqızı qazaxıstanlı ifaçı Ahmediyarla birlikdə "Azərbaycan Hava Yolları" (AZAL) QSC-yə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin Bakı-Qroznı reysini həyata keçirərkən qəzaya uğrayan qəhrəmanlarımızın əziz xatirəsinə mahnı həsr edib.
"Hər şey yaxşı olacaq" adlanan kompozisiyanın ifaçısı Qazaxıstanlı musiqiçi Ahmediyar bu barədə Moderator.az-a danışıb. Qeyd edib ki, təyyarə qəzasında həyatını itirən Azərbaycan vətəndaşlarının əziz xatirəsi onlar üçün də əzizdir: "Bu hadisə bizi çox üzdü. Biz bu məsələdə Azərbaycan xalqının yanındayıq. Onların dərdlərinə şərikik.
Bir musiqiçi olaraq qəzada həlak olanların əziz xatirəsini "Hər şey yaxşı olacaq" kompozisiyası ilə yad edərək Azərbaycan xalqına başsağlığı verirəm".
Sevinc Tofiqqızı isə bildirib ki, bu kompozisiyanı təyyarə qəzasında həlak olan milli qəhrəmanlarımızın əziz xatirəsinə həsr edilib: "Dünyasını dəyişən qardaş və bacılarımıza Allahdan rəhmət diləyirəm. Onların ölümü bütün dünyanın diqqət mərkəzindədir. Təyyarə qəzasında həlak olan qarrdaş və bacılarımıza bizim yaddaşımıza əbədi olaraq qalacaqlar. Onlar musiqilərimizlə, tariximizdə hər zaman yaşayacaqlar. Unutmarıq, unutdurmarıq".