2025-ci ilin dəbi BƏLLİ OLDU - KÖNÜL VƏLİBƏYLİ AÇIQLADI - FOTOLAR 
Mədəniyyət
2651
31 Dec 2024 | 20:00

2025-ci ilin dəbi BƏLLİ OLDU - KÖNÜL VƏLİBƏYLİ AÇIQLADI - FOTOLAR 

2025-ci ilin həyatımıza daxil olmasına sayılı saatlar qalıb. Lakin ildən, gündən, saatdan asılı olmayaraq xanımlarımız hər zaman gözəl, fərqli və zövqlü görünməyə çalışırlar. Bəs görəsən, 2025-ci ildə nələr dəbdə olacaq?
 
Mövzu ilə bağlı "Bakı Milli Geyim Evi"nin direktoru Könül Vəlibəyli Moderator.az-a danışdı:
 
"Bizim xanımlarımız zərif, incə və çox gözəldirlər. Dəbli və gözəl geyinməyi sevirlər. 2025-ci il Şərq təqviminə görə taxta Yaşıl İlan işarəsi altında keçəcək. Hər ilin rəmzi təkcə interyerin bəzədilməsində deyil, həm də geyimdə müəyyən qaydalara riayət edilməsini diktə edir.
 
Hər il dəbi izləyən və ona uyğun geyindirməyə, dəbə ayaq uydurmağa çalışan xanımlarımıza bildirirəm ki, bu il sorbet sarısı, zefir tozu, krem ​​yaşıl, nanə rəng tonları dəbdə olacaq. İlan ilində  naxışlı, qırmızı, zərli parçalara üstünlük veriləcək. Dekolte, yaxası açıq gecə geyimləri  ilin dəbidir. İlan ili əhvali-ruhiyyə, romantika, gözəllik deməkdir. Gözəl geyinməyi, gözəlliyi sevən xanımlar üçün ilan ili ən gözəl ildir.
 
2025-ci ilin çanta trendlərinə gəldikdə, yenilənmiş tendensiyalara daha çox müraciət ediləcək. Dördkünc çantalar gündəmdə qalmağa davam edərkən, böyükölçülü "clutch" çantalar da diqqət çəkəcək. Digər tərəfdən, zamşa teksturalar mövsümün favoritləri arasında olsa da, Yeni il ruhunu gücləndirən parıldayan çantalar diqqəti cəlb edəcək.
 
"Chloé və Chanel"in təklif etdiyi ləl-cəvahirat kimi parlayan qolbaq çantaları payız/qış podiumlarında seçilir. Bundan əlavə, "Loewe" və "Prada" kimi brendlərin kolleksiyalarında olan çiçəkli çantalar zərifliyin gözlənilməz ifadəsi kimi mövsümdə öz yerini tutur.
 
Son olaraq isə xanımlarımıza onlara yaraşan geyimlərə üstünlük verməyə dəvət edirəm. Qarşıdan gələn ilin xalqımıza düşərli bir il olmasını diləyirəm". 
 
 
 
 
 
 
 

 
 
 
 
 

 

 

 
 
Link kopyalandı!
Son xəbərlər