02:40
8°C
Bakı
YUĞ Teatrında dekabrın 29-u “Master–Klass” tamaşasının premyerası baş tutacaq.
Moderator.az xəbər verir ki, səhnə əsəri yapon dramaturq Koki Mitaninin “Gülüş akademiyası” pyesi əsasında rejissor Gümrah Ömərin quruluşunda nümayiş olunacaq.
Bir bölümlü psixodelik buffonada janrlı tamaşada sənətçilər Mətanət Abbas, Amid Qasımov və Elgün Həmidov iştirak edir. “Master–Klass” tamaşasının quruluşçu rəssamı Umay Həsənova, rejissor assistenti isə Məryəm Qələndərovadır.