Ofeliya Sənaninin son vəziyyəti açıqlandı
2524
17 Dec 2024 | 10:58

Ofeliya Sənaninin son vəziyyəti açıqlandı

Dekabrın 16-da gecə saat 01:30-da, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına Nəsimi rayonu ərazisindən çağırış daxil olub. 83 yaşlı xalq artisti Ofeliya Sənani ağciyər ödəmi diaqnozu ilə Xətai Tibb Mərkəzinə təxliyə edilib.
 
TƏBİB-dən Kult.az-a bildirilib ki, xəstə kəskin ürək çatışmazlığı, aritmiya və yüksək qan təzyiqi diaqnozları ilə Mərkəzin Reanimasiya şöbəsinə yerləşdirilib:
 
"Hazırda müvafiq müalicələr nəticəsində Ofeliya Sənaninin vəziyyəti stabildir".
 
Qeyd edilib ki, xəstənin bir neçə gün reanimasiyada saxlanılması və sonradan palataya köçürülməsi planlaşdırılır.
Link kopyalandı!
Son xəbərlər