Ermənilər Cavanşir Quliyevin də mahnısını oğurlayıbmış – Bəstəkar danışdı
Mədəniyyət
314
15:33, Bu gün

Ermənilər Cavanşir Quliyevin də mahnısını oğurlayıbmış – Bəstəkar danışdı

“Ermənilər mənim bir mahnımı oğurlamışdılar. Bununla əlaqədar fəaliyyətə başladıq və bütün beynəlxalq platformalardan onların versiyasını bağladılar”.
 
Moderator.az bildirir ki, bunu Musavat.com-a açıqlamasında bəstəkar Cavanşir Quliyev deyib.
 
O, musiqilərimizin oğurlanması ilə bağlı mübarizədən söz açıb: 
 
“Oğurluq yaxşı iş deyil, lakin hazırda məhkəmə yolu da tezdir. Azərbaycanla-Ermənistan arasında müqavilə yoxdur. Belə olan halda hüquqi işlər aparmaq olmur. Müqavilə olandan sonra addımlar ata bilərik. Ona qədər isə şikayət edib beynəlxalq platformalardan sildirə bilərik. İndi bizim ayrı şeyə gücümüz çatmır”.
 
Bəstəkar səhhətindən də söz açıb: “Yaxşıyam. Müalicə davam edir, ara-sıra həkimlərin yanına gedib gəlirəm. Yeni mahnılar hazırlayıram, amma ifa olunmadığı üçün adını çəkə bilmərəm”.
 
Xatırladaq ki, ermənilər Azərbaycanın Xalq artisti Şövkət Ələkbərovanın ifa etdiyi “Yar gəldi yar” mahnısını oğurlamağa cəhd ediblər. Mahnının "Youtube" səhifəsində erməni musiqi nümunəsi kimi yerləşdirilməsinin qarşısı alınıb.   
 
Link kopyalandı!
Son xəbərlər