Şuşada çəkilən “Doğma torpaq” nə vaxt göstəriləcək? - Rejissor açıqladı - FOTO/VİDEO
Mədəniyyət
312
14:40, Bu gün

Şuşada çəkilən “Doğma torpaq” nə vaxt göstəriləcək? - Rejissor açıqladı - FOTO/VİDEO

“Doğma torpaq” filminin nümayişi fevral ayına planlaşdırılır”.
 
Moderator.az xəbər verir ki, bunu Teleqraf.com-a filmin rejissoru və ssenari müəllifi İlqar Safat deyib.
 
Onun sözlərinə görə, filmin post-prodakşn mərhələsi tam yekunlaşmayıb:
 
“Təəssüf ki, bu mərhələ uzun çəkdi. Amma yekunlaşmaq üzrədir. Bircə rəng korreksiyası və səs problemi qalır. Ümid edirəm ki, onlar da tamamlanandan sonra film tezliklə tamaşaçıları ilə görüşəcək”.
 
Film sovet dövründə daşnakların gizli fəaliyyətindən, azərbaycanlıların Qafandan qovulmasından, Xocalı faciəsindən bəhs edir və 44 günlük Vətən müharibəsi zamanı işğal altında olan torpaqlarımızın azad edilməsi ilə yekunlaşır.
 
“Doğma torpaq” tammetrajlı bədii filmin quruluşçu rejissoru və ssenari müəllifi İlqar Safat, quruluşçu operatoru Konstantin Esadze, bəstəkarı Araz Hümbətli, səs rejissoru İvan Qusakov, prodüseri Nəriman Məmmədovdur.
 
Filmin çəkilişlərində Rüstəm Cəbrayılov, Alina Vorontsova (Rusiya), Hacı İsmayılov, Orxan Abbasov, Məbud Məhərrəmov, Azər Aydəmir, Qorqud Cəfərli, Rəşad Səfərov, Eldar Bağırbəyov, Əjdər Zeynalov, Yaroslav Trifonov, Əminə Abbasova və başqaları iştirak ediblər.
 
Təşəbbüskarı "Nərimanfilm" kinostudiyası olan “Doğma torpaq” bədii filminin istehsalı həm də Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, həmçinin özəl şirkətlər və İctimai Televiziyanın iştirakı ilə həyata keçirilib. Çəkilişləri 2021-ci ildə aparılan filmin bəzi epizodları işğaldan azad olunmuş Şuşa şəhərində çəkilib.
 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Link kopyalandı!
Son xəbərlər