“Xalqın mədəni sərvəti” layihəsi Bülbülə həsr olundu - Fotolar
Mədəniyyət
734
04 Nov 2024 | 21:20

“Xalqın mədəni sərvəti” layihəsi Bülbülə həsr olundu - Fotolar

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının təqdim etdiyi "Xalqın mədəni sərvəti" layihəsi Azərbaycan professional vokal sənətinin banisi, SSRİ Xalq artisti, professor, ictimai xadim Bülbülə həsr olunub.
 
Moderator.az xəbər verir ki, layihənin ilk günü Gəncə Dövlət Filarmoniyasında Bülbülün əziz xatirəsinə həsr olunmuş konsert proqramı baş tutub.
 
Konsertdə Xalq artisti Sevinc İbrahimova, Əməkdar mədəniyyət işçisi Mehparə Cəfərova, Əməkdar artistlər Kəmalə Tağızadə, Tural Abdullayev, solist Vasif Bayramov Üzeyir Hacıbəylinin “Sevgili canan”, “Sənsiz”, Asəf Zeynallının “Ölkəm”, Fikrət Əmirovun “Ulduz”, “Gülüm” romanslarını, Müslüm Maqomayevin “Şah İsmayıl" operasından Aslan şahın ariyasını, Səid Rüstəmovun "İntizar", Vasif Adıgözəlovun "Qərənfil" əsərlərini ifa ediblər.
 
 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Top xəbərlər
Link kopyalandı!
Son xəbərlər