“Atəşgah məbədi”nin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi işlərinə başlanılıb
1443
02 Nov 2024 | 16:38

“Atəşgah məbədi”nin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi işlərinə başlanılıb

“Atəşgah məbədi” abidəsinin UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi üçün işlərə başlanılıb.
 
Moderator.az xəbər verir ki, bununla bağlı Dövlət Turizm Agentliyi hazırlıqlara başlayıb.
 
Bu məqsədlə nominasiya sənədi hazırlanacaq.
 
Qeyd edək ki, hazırda “Atəşgah məbədi” UNESKO-nun müvvəqəti siyahısındadır. Ümumilikdə Azərbaycandan UNESKO-nun Ümumdünya İrs Siyahısında 5 obyekt, müvəqqəti siyahısında isə 10 obyekt var.
 
“Atəşgah məbədi” Abşeron yarımadasında, Suraxanı rayonunun, Suraxanı kəndi yaxınlığında yerləşir. Məbəd müxtəlif dövrlərdə zərdüştilər, hinduistlər və siqhlər tərəfindən ibadətgah kimi istifadə edilib. "Alov evi" və ya "Alov yeri" anlamı verən bu məbəd XVII–XVIII əsrlərdə təbii qaz çıxışı olan sönməz alovların yerində inşa edilib.
 
Azərbaycan Prezidentinin sərəncamına əsasən kompleks ətrafında açıq səma altında muzey yaradılıb, kompleks Dövlət Tarix-Memarlıq Qoruğu elan edilib. Hər il muzeyi orta hesabla 145 min nəfər ziyarət edir.
 
1998-ci ildə Atəşgah UNESKO Ümumdünya irsi siyahısına salınmaq üçün namizəd siyahısına daxil edilib.
 
Link kopyalandı!
Son xəbərlər