Bizi sosial şəbəkələrdən izləyin:
Yeni tədris ilində ölkə üzrə 1-ci siniflərə 132 min 261, məktəbəhazırlıq qruplarına isə 89 min uşaq qəbul olunub.
Moderator.az-ın məlumatına görə, bu gün ilk dəfə təhsil ocağına qədəm qoyan uşaqlar arasında sənətkar övladları, nəvələri də var. “Qarabağ bülbülləri” qrupunun solisti, mərhum sənətkar İzahat Cəfərovun nəvələri İlyas və Nuray da ilk sinfə qədəm qoyan şagirdlər sırasındadır. Sənətkarın ən böyük arzusu adlarını çəkdiyimiz nəvələrini ilk dərs günündə məktəbə aparmaq olub.
Moderator.az fotoları təqdim edir.