![“İndikilər bu aləti toylarda ucuzlaşdırırlar” - İlk azərbaycanlı zərb alətləri ifaçısı olan xanım - FOTO+ÖZƏL](https://moderator.az/cphoto/670x420/2024/05/25/1716630296_0.jpg)
“İlk dəfə 7 yaşım olanda bu sənəti sevmişəm. Böyük sənətkarımız İslam Rzayevin ansamblı var idi. Orada Əli adında bir nağara ifaçısı fəaliyyət göstərirdi. Həmişə konsertləri olanda balaca bir stolum var idi, onda əyləşib televizora baxardım. Təkcə baxmırdım, həm də öyrənirdim. Baxırdım ki, görüm o necə barmaqları, əlləri ilə nağaranın üstündə hərəkət edir? Bu mənə çox maraqlı gəlirdi. Bütün uşaqlar cizgi filmlərini izləyəndə mən ancaq onu izləyirdim. Uşaq idim, qarşıma məqsəd qoydum ki, mən böyüyəndə musiqiçi, ələxsus da nağara, zərb alətləri ifaçısı olacam”.
Bunu Moderator.az-a açıqlamasında ilk zərb alətində ifa edən azərbaycanlı qadın Arzu Məsimova deyib. O daha sonra əlavə edib.
“O vaxt qadınlardan ibarət “Lalə qızlar” ansamblı yaranmışdı. Çox məşhur bir qrup idi. 1989-cu ildə Ceyran Haşımova məni qrupa götürdü. Demək olar ki, bir çox kişi alətlərində ifa edən qadınlar o qrupda fəaliyyət göstərirdi. Şərqin ilk nağara ifaçısı Esmira Cəfərovanı misal göstərə bilərəm. Mən də Azərbaycanda ilk zərb alətləri ifa edən xanım oldum. İllər keçəndən sonra 2014-cü ildə Türkiyəyə gedib, oradan davul gətirdim. Daha sonra davul ifa etdim. Qadınlar arasında ilk davulu da mən ifa etmişəm. Məndən sonra davul ifa edən xanımların sayı artdı. Amma o xanımlar ifa edə bilmirlər, heç çubuğu düzgün tutmurlar. Kəmiyyət, keyfiyyət söhbəti var. Onlarınkı ancaq şou göstərməkdir” deyə sənətçi bildirib.
Arzu Məsimova deyib ki, onun üçün konsert, səhnə hər zaman toy səhnəsindən önəmli olub.
“O vaxt daha çox konsertlərdə çıxış edirdik, toylara qaçmırdıq. İnanın ki, tamaşaçıların alqışı, konsertdən sonra bizə gətirdikləri gül-çiçəklər bir ömür boyu xatirəmdən silinmir. Şəraitsiz rayonlarda, kolxozlarda, sovxozlarda, meydanlarda, pambıq tarlalarında konsertlər verirdik. Toylara da tələbat var idi. Ceyran Haşımova bu baxımdan çox ciddi insan idi. Bəzən toy danışırdıq, beh də alırdıq, Ceyran müəllim deyirdi ki, sabah konsert var, biz məcbur olub behi qaytarırdıq. İndi əksər musiqiçilər toylara, ad günlərinə gedirlər. Konsertləri unudublar. Bəzən görürdünüz ki, 7-8 saat konsertlərdə zərb alətləri, nağara ifa edirdim. İnanın ki, əllərimi heç hiss etmirdim. Əllərimin, barmaqlarımın qabar bağladığı vaxtlar da olub” deyə o bildirib.
Xanım musiqiçi deyir ki, onun paxıllığını çəkənlər də az olmayıb.
“Bu sənətdə qısqanclıq da var, paxıllıq da. O vaxt zərb və nağara alətində kişilər ifa edirdilər. Ola bilər ki, qısqanclıqla, paxıllıqla yanaşıblar mənə. Amma mən onlara fikir verməmişəm, həmişə işlərimlə məşğul olmuşam. Sevmişəm, ruhumdan gələn çılğınlığı bu alətdə tapmışam. Elə bu da mənə bəsdir. 40 ildən çoxdur ki, bu sənətdəyəm. Yenə də sənətdə olmaq istəyirəm. Həmkarlarımdan bir xahişim var ki, bu alətləri ucuzlaşdırmasınlar. Sənətə pul mənbəyi baxmaq olmaz” deyə musiqiçi bildirib.
![Torpaq sürüşməsi Şamaxı sakinlərini təhlükəli vəziyyətdə qoydu:](https://moderator.az/photo/213x120/2024/07/27/1722081900_45.jpg)
![Azərbaycanın güllə atıcısı olimpiadada 24-cü oldu](https://moderator.az/photo/213x120/2024/07/27/1722081679_44.jpg)
![Bakıda yolda DAVA: sürücülərdən biri digərinə bıçaq çəkdi - VİDEO](https://moderator.az/photo/213x120/2024/07/27/1722081419_43.jpg)
![](https://moderator.az/photo/213x120/2024/07/27/1722080956_42.jpg)
![Əhaliyə ödənilən sosial ödənişlərin məbləği açıqlandı](https://moderator.az/photo/213x120/2024/07/27/1722080778_41.jpg)
![Olimpiya hərəkatının Fransa ləkəsi – III Reyxin etmədiyi pisliyi Yelisey edib - TƏHLİL + FOTO](https://moderator.az/photo/213x120/2024/07/27/1722079893_40.jpg)
![Parlament seçkiləri ilə əlaqədar qeydə alınan müşahidəçilərin sayı açıqlandı](https://moderator.az/photo/213x120/2024/07/27/1722079687_39.jpg)
![Zaxarova Paris-2024-ün açılış mərasimini tənqid etdi](https://moderator.az/photo/213x120/2024/07/27/1722079074_38.jpg)
![Fransa dünyada ifşa olundu - Paris Olimpiadasında nələr baş verir?](https://moderator.az/photo/213x120/2024/07/27/1722078825_37.jpg)
![Kəlbəcər rayonuna ilk dəfə infotur təşkil edilib VİDEO](https://moderator.az/photo/213x120/2024/07/27/1722078024_17220614686020240172_1200x630.jpg)
![Deputatlığa namizədlərin sayı AÇIQLANDI](https://moderator.az/photo/213x120/2024/07/27/1722078106_36.jpg)
![Növbədənkənar parlament seçkisi ilə əlaqədar neçə bülleten çap ediləcək?](https://moderator.az/photo/213x120/2024/07/27/1722077827_35.jpg)
![Azərbaycan idmançısı olimpiadaya UĞURLU START verdi](https://moderator.az/photo/213x120/2024/07/27/1722077504_34.jpg)
![Bakı Zooloji Parkı mediadan NİYƏ QAÇIR?](https://moderator.az/photo/213x120/2024/07/27/1722076630_zoopark.jpg)
![Rüfətdən Elza Seyidcahana SƏRT SÖZLƏR](https://moderator.az/photo/213x120/2024/07/27/1722077254_33.jpeg)
![Kamilə toy tarixini açıqladı](https://moderator.az/photo/213x120/2024/07/27/1722076933_32.jpg)
![“NKVD”-nin cəza poliqonları – Stalin nazirin bağ evini də ölüm düşərgəsinə çevirib](https://moderator.az/photo/213x120/2024/07/27/1722076722_31.jpg)
![Fransadan Azərbaycana qarşı növbəti təxribat: Bakı cavab tədbiri görəcək?](https://moderator.az/photo/213x120/2024/07/27/1722076526_30.png)
![Nikol Bakının dəvətini qəbul edəcək? - Rusiyadan baxış](https://moderator.az/photo/213x120/2024/07/27/1722075724_29.jpg)
![Nazirləri](https://moderator.az/photo/213x120/2024/07/27/1722075355_28.jpg)
![Ev tikmək istəyən torpaq sahiblərinə BƏD XƏBƏR](https://moderator.az/photo/213x120/2024/07/27/1722074621_27.png)
![Çarlz Veyli:](https://moderator.az/photo/213x120/2024/07/27/1722074199_26.jpg)
![Çağırışçılarla döyüş hazırlığı üzrə məşğələlər keçirilir - FOTO/VİDEO](https://moderator.az/photo/213x120/2024/07/27/1722073835_25.jpg)
![Beynəlxalq səyyahlar minaların zərərsizləşdirilməsi prosesini izlədi](https://moderator.az/photo/213x120/2024/07/27/1722073511_24.jpg)
![İlansancmaları zamanı zərdab tapılmır? -](https://moderator.az/photo/213x120/2024/07/27/1722073178_23.jpg)
![](https://moderator.az/photo/213x120/2024/07/27/1722072410_22.jpg)
![Vətəndaşların 43 min manatını mənimsəyən şəxs saxlanıldı - VİDEO](https://moderator.az/photo/213x120/2024/07/27/1722072043_21.jpg)
![“Soros uşaqları”nın kadastr sənədi olmayan ölkəsi ilə bağlı təhlükəli plan - Qərb Ermənistanı savaşa çəkir](https://moderator.az/photo/213x120/2024/07/27/1722071550_20.jpg)
![Paris-2024: Cüdoçumuz mübarizəni dayandırdı](https://moderator.az/photo/213x120/2024/07/27/1722071097_19.jpg)
![AFFA rəsmisi Türkiyə klubunun oyununa təyinat aldı](https://moderator.az/photo/213x120/2024/07/27/1722070678_17.jpg)