“Ermənilər hansısa bir musiqimizi ifa edəndə biz başlayırıq buna etiraz etməyə, cavab verməyə. Biz bir şeyi birdəfəlik başa düşüb anlamalıyıq ki, erməni bunu edib, edir və edəcək də. Tək musiqimizə yox, mətbəximizə də, torpağımıza da bu millət hər zaman təcavüz edib. Əvvəla ondan başlamaq lazımdır ki, erməni Qafqaz milləti deyil, Qafqaza gəlmə millətdir. Onların Allahverdiyan adlı soyadı var. Onlarda Allah sözü var?! Belə-belə çox sözlər, məsələlər var ki, istəyirlər özününküləşdirsinlər”
Bunu Moderator.az-a açıqlamasında Milli Konservatoriyanın rektoru, xalq artisti Siyavuş Kərimi deyib. O daha sonra əlavə edib.
“Ümumiyyətlə onlar çalışırlar ki, öz mədəniyyətlərini ətraf ölkələrin mədəniyyətləri hesabına formalaşdırsınlar. Azərbaycanın milli aləti balabanı düdük adı ilə məşhurlaşdırıb, ona heykəl də qoyublar. Brüsseldə kral muzeyində tar, kamança erməni musiqi aləti kimi təqdim olunur. Belə bir zarafat var ki, suyu da ermənilər fikirləşib, havanı da. Bu işdə mən özümüzü günahlandırıram. Demək ki, biz nəyisə düz etmirik ki, erməni bundan istifadə edir. Onların güclü diasporları var, buna yaxşı pul ayırırlar, informasiya məkanları çox yaxşı işləyir. Hansı ölkəyə baxsanız orada erməni var. Biz öz varlığımızı, əlimizdə olan musiqi alətlərimizi, öz mədəniyyətimizi təbliğatında onlardan geri qalırıq. Bilirik ki, bu bizimdir və arxayın ona baxırıq. Amma onlar bunu götürüb dünyaya öz malı kimi təqdim edirlər” deyə sənətkar bildirib.
Siyavuş Kərimi deyir ki, musiqimizi dünyada təbliğ etmək üçün qastrol səfərlərinə xüsusi önəm verilməlidir.
“Üzeyir Hacıbəyli “Arşın mal alan” əsərini yazanda ermənilər Amerikada bu filmi çəkmişdi və erməni əsəri kimi qələmə verilmişdi. Stalin işə qarışmasaydı hamı bu əsərin erməni əsəri olduğunu biləcəkdi. “Sarı gəlin” mahnısını da oğurlamşdılar. Onlar dayanmayacaqlar. Biz öz mədəniyyətimizi təbliğ etmirik. Biz öz musiqiçilərimizi, kollektivlərimizi bütün dünyaya qastrol səfərlərinə, sərgilərə göndərməyi bacarmalıyıq. Yeganə Heydər Əliyev Fondu bu işdə zəhmət çəkir. Bu qədər şirkətlər var, investırlarımız var. Kömək etsinlər şirkətlərə. Qohumlarına yox, peşəkarlara! Peşəkar olmayanlar gedib orada konsert verə bilməcəyəklər! Klasik musiqiçilərə, milli musiqi ifaçılarına kömək etmək lazımdır. Bizim baş ucaldan sənətkarlarımız var. Onlar dünyanı fəth etməlidirlər. Ermənilərin Aram Xaçaturyan adında böyük bir bəstəkarları var idi. “Spartak”, “Qayane” baletini yazmışdı. “Qayane” baletində “Uzundərə” rəqsimizdən istifadə etmişdi. Bunu o zaman SSRİ Bəstəkarlar İttifaqı da təsdiq etmişdi. Xaçaturyan özü sonradan etiraf etdi ki, mən erməniyəm, Tiflisdə anadan olmuşam, amma musiqi yazmağı Üzeyir Hacıbəylidən öyrənmişəm” deyə xalq artisti bildirib.
![Torpaq sürüşməsi Şamaxı sakinlərini təhlükəli vəziyyətdə qoydu:](https://moderator.az/photo/213x120/2024/07/27/1722081900_45.jpg)
![Azərbaycanın güllə atıcısı olimpiadada 24-cü oldu](https://moderator.az/photo/213x120/2024/07/27/1722081679_44.jpg)
![Bakıda yolda DAVA: sürücülərdən biri digərinə bıçaq çəkdi - VİDEO](https://moderator.az/photo/213x120/2024/07/27/1722081419_43.jpg)
![](https://moderator.az/photo/213x120/2024/07/27/1722080956_42.jpg)
![Əhaliyə ödənilən sosial ödənişlərin məbləği açıqlandı](https://moderator.az/photo/213x120/2024/07/27/1722080778_41.jpg)
![Olimpiya hərəkatının Fransa ləkəsi – III Reyxin etmədiyi pisliyi Yelisey edib - TƏHLİL + FOTO](https://moderator.az/photo/213x120/2024/07/27/1722079893_40.jpg)
![Parlament seçkiləri ilə əlaqədar qeydə alınan müşahidəçilərin sayı açıqlandı](https://moderator.az/photo/213x120/2024/07/27/1722079687_39.jpg)
![Zaxarova Paris-2024-ün açılış mərasimini tənqid etdi](https://moderator.az/photo/213x120/2024/07/27/1722079074_38.jpg)
![Fransa dünyada ifşa olundu - Paris Olimpiadasında nələr baş verir?](https://moderator.az/photo/213x120/2024/07/27/1722078825_37.jpg)
![Kəlbəcər rayonuna ilk dəfə infotur təşkil edilib VİDEO](https://moderator.az/photo/213x120/2024/07/27/1722078024_17220614686020240172_1200x630.jpg)
![Deputatlığa namizədlərin sayı AÇIQLANDI](https://moderator.az/photo/213x120/2024/07/27/1722078106_36.jpg)
![Növbədənkənar parlament seçkisi ilə əlaqədar neçə bülleten çap ediləcək?](https://moderator.az/photo/213x120/2024/07/27/1722077827_35.jpg)
![Azərbaycan idmançısı olimpiadaya UĞURLU START verdi](https://moderator.az/photo/213x120/2024/07/27/1722077504_34.jpg)
![Bakı Zooloji Parkı mediadan NİYƏ QAÇIR?](https://moderator.az/photo/213x120/2024/07/27/1722076630_zoopark.jpg)
![Rüfətdən Elza Seyidcahana SƏRT SÖZLƏR](https://moderator.az/photo/213x120/2024/07/27/1722077254_33.jpeg)
![Kamilə toy tarixini açıqladı](https://moderator.az/photo/213x120/2024/07/27/1722076933_32.jpg)
![“NKVD”-nin cəza poliqonları – Stalin nazirin bağ evini də ölüm düşərgəsinə çevirib](https://moderator.az/photo/213x120/2024/07/27/1722076722_31.jpg)
![Fransadan Azərbaycana qarşı növbəti təxribat: Bakı cavab tədbiri görəcək?](https://moderator.az/photo/213x120/2024/07/27/1722076526_30.png)
![Nikol Bakının dəvətini qəbul edəcək? - Rusiyadan baxış](https://moderator.az/photo/213x120/2024/07/27/1722075724_29.jpg)
![Nazirləri](https://moderator.az/photo/213x120/2024/07/27/1722075355_28.jpg)
![Ev tikmək istəyən torpaq sahiblərinə BƏD XƏBƏR](https://moderator.az/photo/213x120/2024/07/27/1722074621_27.png)
![Çarlz Veyli:](https://moderator.az/photo/213x120/2024/07/27/1722074199_26.jpg)
![Çağırışçılarla döyüş hazırlığı üzrə məşğələlər keçirilir - FOTO/VİDEO](https://moderator.az/photo/213x120/2024/07/27/1722073835_25.jpg)
![Beynəlxalq səyyahlar minaların zərərsizləşdirilməsi prosesini izlədi](https://moderator.az/photo/213x120/2024/07/27/1722073511_24.jpg)
![İlansancmaları zamanı zərdab tapılmır? -](https://moderator.az/photo/213x120/2024/07/27/1722073178_23.jpg)
![](https://moderator.az/photo/213x120/2024/07/27/1722072410_22.jpg)
![Vətəndaşların 43 min manatını mənimsəyən şəxs saxlanıldı - VİDEO](https://moderator.az/photo/213x120/2024/07/27/1722072043_21.jpg)
![“Soros uşaqları”nın kadastr sənədi olmayan ölkəsi ilə bağlı təhlükəli plan - Qərb Ermənistanı savaşa çəkir](https://moderator.az/photo/213x120/2024/07/27/1722071550_20.jpg)
![Paris-2024: Cüdoçumuz mübarizəni dayandırdı](https://moderator.az/photo/213x120/2024/07/27/1722071097_19.jpg)
![AFFA rəsmisi Türkiyə klubunun oyununa təyinat aldı](https://moderator.az/photo/213x120/2024/07/27/1722070678_17.jpg)