Xalq artisti: “Vəziyyətim yaxşı deyil, deyirlər, xəstəxanada yer yoxdur” - AÇIQLAMA
Mədəniyyət
2861
04 Apr 2024 | 18:00

Xalq artisti: “Vəziyyətim yaxşı deyil, deyirlər, xəstəxanada yer yoxdur” - AÇIQLAMA

“Xəstəxanada deyiləm. Təcili yardım çağırmışam, deyirlər ki, xəstəxanada yer yoxdur”.
 
Bunu Oxu.Az-a halının pisləşdiyi və xəstəxanaya yerləşdirildiyi ilə bağlı məlumat yayılan Xalq artisti Naibə Allahverdiyeva deyib.
 
O qeyd edib ki, həm qızdırması, həm də təzyiqi var.
 
“Qızdırmam tez-tez qalxıb-düşür. 38-39 dərəcəyə qalxır. Təzyiqim də eyni qaydada, qalxıb-düşür. 5 saylı Kliniki Xəstəxanaya getmişəm, amma yatmamışam. Hazırda xəstəxana axtarışındayam. Özümü çox pis hiss edirəm”.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər