Nyu-Yorkda bəstəkar Arif Məlikovun 90 illik yubileyi münasibətilə konsert proqramı keçiriləcək
Mədəniyyət
2093
05 Feb 2024 | 23:22

Nyu-Yorkda bəstəkar Arif Məlikovun 90 illik yubileyi münasibətilə konsert proqramı keçiriləcək

Fevralın 6-da ABŞ-ın Nyu-York şəhərindəki məşhur "Carnegie Hall" konsert mərkəzində Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyətinin rəhbəri, Azərbaycanın əməkdar artisti, professor, tanınmış pianoçu Nərgiz Əliyarovanın konserti keçiriləcək.

Konsert proqramı dünya şöhrətli bəstəkar, Azərbaycanın Xalq artisti, Dövlət mükafatı laureatı, akademik Arif Məlikovun 90 illik yubileyinə həsr olunub.

Gecədə N.Əliyarova Arif Məlikovun musiqiləri ilə yanaşı, dahi bəstəkarlar Bethovenin, Şopenin və Debüssinin də əsərlərini də ifa edəcək.

Link kopyalandı!
Son xəbərlər