Nərimanovun ölümdən xilas etdiyi, Stalinin maşın bağışladığı dahi Üzeyir Hacıbəyov...
Mədəniyyət
Oxunub: 2409
18 Sep 2023 | 18:25
Nərimanovun ölümdən xilas etdiyi, Stalinin maşın bağışladığı dahi Üzeyir Hacıbəyov...

Bu gün Şərqdə ilk operanın müəllifi Üzeyir Hacıbəyovun anadan olmasının 137-ci ildönümü tamam olur. Moderator.az kulis.az-a istinadən onun həyat və yardıcılığı haqqında maraqlı faktları təqdim edir.

Üzeyir Hacıbəyov 18 sentyabr 1885-ci ildə Əbdülhüseyn bəy və Şirinbəyim xanım Hacıbəyovların ailəsində doğulmuşdu. Atası Əbdülhüseyin Molla Məhəmməd oğlu Hacıbəyov öz dövrünün savadlı, ziyalı şəxslərindən biri idi. O, XIX əsrin tanınmış dövlət xadimi və şairi, Qarabağ xanlarının varisi Xurşidbanu Natəvanın mirzəsi olmuş və onun Ağcabədidəki təsərrüfatına başçılıq etmişdi. Üzeyirin anası Şirinbəyim xanım Qarabağda məşhur Əliverdibəyovlar nəslindən idi. Ailədə üç qardaş, iki bacı olublar.

Gallery

Üzeyirdən başqa ailənin bütün uşaqları Şuşada anadan olub. Şirin xanım Üzeyirə hamilə olarkən Ağcabədiyə yoldaşına baş çəkməyə gedir. Yenidən Şuşaya qayıtmaq qərarına gəlir. Bacılarına baş çəkmək üçün yolunu əvvəlcə Ağdamdan salır. Ancaq bacıları onu tez buraxmaq istəmir. Şirin xanımı 8 bacının hərəsi bir az öz evində qonaq saxlayır. Ağcabədiyə gedəndə isə artıq gec olur, Şuşaya qayıda bilmir. Ona görə də Üzeyir Ağcabədidə dünyaya gəlir. Bir aydan sonra isə dəvənin üstündə kəcavə düzəldib, Şirin xanımı Üzeyirlə birgə Şuşaya gətirirlər.

***

Valideynləri Ağcabədidən Şuşaya köçdükdən sonra Üzeyir ilk təhsilini buradakı ikisinifli rus-türk məktəbində alır. Onun ilk müəllimi Azərbaycan musiqisinin gözəl bilicisi, dayısı Ağalar bəy Əliverdibəyov olub. Üzeyir bəyin dayısı Ağalar bəy Əliverdibəyov həm də Şövkət Ələkbərovanın ilk musiqi müəllimi idi. Üzeyir Hacıbəyov 1899-1904-cü illərdə Qori Müəllimlər Seminariyasında təhsil alıb. Seminariyanı bitirdikdən sonra - 1904-cü ildə Cəbrayıl qəzasının Hadrut kəndinə müəllim təyin edilir. Hadrut kənd məktəbində rus dili, hesab, tarix və musiqidən dərs deyir.

Gallery

1911-ci ildə Üzeyir Hacıbəyov musiqi təhsili almaq üçün Moskvaya gedir, lakin maddi ehtiyac üzündən Moskvada musiqi təhsilini yarımçıq qoyub, Bakıya qayıtmağa məcbur qalır.

***

Gələcək həyat yoldaşı Məleykə xanımla Qori müəllimlər seminariyasında oxuduğu illərdə tanış olub. Milliyyətcə tatar olan Məleykə xanım Üzeyir bəydən 8 yaş kiçik idi. Üzeyir bəy seminariyanı bitirəndən 5 il sonra -1909-cu il dekabrın 20-də ailə qururlar. 6 il Bakıda kirayədə yaşayırlar. 1915-ci ildə hazırda ev muzey kimi fəaliyyət göstərən mənzil Üzeyir bəyə verilir.

Gallery

İxtisasca rus dili müəlliməsi olan Məleykə xanım həyat yoldaşının sənətinə yaxın olmaq üçün sənətini dəyişib, konservatoriyanın musiqi nəzəriyyəsi şöbəsinə daxil olub. Adətən gecələr işləyən Üzeyir bəyi Məleykə xanım heç vaxt tək qoymayıb. 38 il qoşa ömür sürüblər. Ancaq onların övladı olmayıb. Deyilənə görə, Məleykə xanım Üzeyir bəyin övlad sahibi olmaq üçün başqa qadınla evlənməsini təklif edib, amma Üzeyir bəy bunu qəbul etməyib.

***

Ü.Hacıbəyli görkəmli bəstəkar Müslüm Maqomayevlə bacanaq olub. Onlar həm də eyni ildə, eyni gündə anadan olublar.

Gallery

Üzeyir Hacıbəylinin həyatı o qədər də rəvan keçməyib. Dəfələrlə ölümlə üz-üzə gəlib. 1918-ci ilin mart qırğını zamanı ermənilər Üzeyir bəyin evini gülləboran ediblər.
Üzeyir bəy artıq kifayət qədər tanınırdı. Hadisələr başlayanda Nəriman Nərimanov bəstəkarı yanına çağırır və ona teatr truppası ilə birgə İrana qastrol səfərinə getməyi tapşırır. Əvvəl Üzeyir bəy razılaşmır: "Mən Azərbaycanı qoyub heç yerə getməyəcəm"
Ancaq Nərimanov "Siz bizə gələcəkdə lazımsız" deyir, - və Üzeyirlə Zülfüqar Hacıbəyov qardaşlarının teatr truppasını İrana yola salır. Onlar bir neçə ay İranda qalır, müxtəlif şəhərlərdə tamaşalar göstərirlər. Oktyabrda isə vətənə qayıdırlar. O zaman bütün qəzetlər Üzeyir bəyin qayıdışına görə, xalqa gözaydınlığı verirdi. Beləcə, Nəriman Nərimanov Üzeyir bəyi ölümdən xilas edir.

Gallery

Sovet hakimiyyətinin ilk illərində Üzeyir Hacıbəyovun adı tez-tez xalq düşmənləri sırasında çəkilir. 1920-ci ildə bəstəkarı güllələmək istəyirlər. Bu təhlükə sırf təsadüf nəticəsində sovuşur. Üzeyir Hacıbəyovun qaynı Hənəfi Terequlov əqidəcə qatı kommunist idi. O, təhlükəsizlik idarəsi şöbə müdirlərinin birinin masasının üstündə təsadüfən haqqında güllələnmə hökmü çıxarılan 59 nəfərin siyahısında Üzeyir Hacıbəyovun da adını görür. Başılovlu Nəriman Nərimanovun yanına gedərək, vəziyyəti danışır. Nəriman Nərimanov müvafiq orqanlardan həmin siyahını tələb edir. Onları tələm-tələsik qərar çıxarmaqda günahlandıran Nərimanov bu siyahını cırıb atır.

***

Uzun illər Üzeyir Hacıbəyovun şəxsi katibi işləyən yaxın qohumu Ramazan Xəlilovun dediyinə görə, bəstəkar şəkər xəstəliyini bədnam qonşularımızın ucbatından tapıb. Belə ki, 1939-cu ildə Moskvada ittifaq miqyasında milli musiqi alətləri ifaçılarının müsabiqəsi keçirilir. Stalinin göstərişi ilə münsiflər heyətinə Üzeyir Hacıbəyov başçılıq edirdi. Müsabiqə zamanı bəstəkar bərk əsəbiləşir, təbiətcə sakit insan olan Üzeyir bəy uzun müddət sakitləşə bilmir: Azərbaycanı təmsil edən ifaçılar arasında ermənilərin olmasına baxmayaraq, Bakı erməniləri Moskvaya məktub yazırlar ki, Üzeyir Hacıbəyov millətçilik edərək, qeyri-millətlərin müsabiqədə iştirakına əngəl törədir. 30-cu illər üçün bu ittiham ən ağır ittiham idi. Molotov ona ünvanlanan ərizəyə dərkənar qoyaraq, bəstəkara göndərir: "Özünüz həll edin". Başdan-ayağa böhtan olan bu ərizə bəstəkarın əsəblərinə ciddi təsir göstərir və o, şəkər xəstəliyinə tutulur.

Gallery

Dahi bəstəkarın həkimi erməni Osipyan ona yanlış müalicə və pəhriz təyin edib. Bunun nəticəsində Ü.Hacıbəyli bir ay ərzində 18 kq arıqlayıb, orqanizmi zəifləyib və ürək tutmaları başlayıb.

***

Üzeyir bəy "Arşın mal alan" bədii filmindən narazı qalmışdı: "Mənim övladım yoxdur. Əsərlərim mənim övladlarımdır. Heç kimin onlara toxunmağa haqqı yoxdur".

1938-ci ildə Moskvada keçirilən Azərbaycan incəsənəti dekadasında "Arşın mal alan", "Koroğlu" operaları böyük maraqla qarşılanır. Hər iki operaya baxan Stalin Üzeyir Hacıbəyovu “QAZ M-1” markalı avtomobillə mükafatlandırıb.

***

Görkəmli dirijor və bəstəkar Maestro Niyazini repressiyadan Üzeyir bəy qoruyub.

Üzeyir Hacıbəyli Azərbaycan tarixində ilk peşəkar bəstəkardır və müsəlman Şərqində ilk operanın banisidir. O, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin, daha sonra isə SSRİ Ali Sovetinin deputatı olub. Nazirlər Kabinetinin 7 may 2009-cu il tarixli qərarı ilə Üzeyir Hacıbəyli əsərləri Azərbaycan Respublikasında dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilib.

***

Üzeyir Hacıbəyov 1948-ci il 23 noyabrda vəfat edib. Ömrünün son illərində yazdığı “Firuzə” operası yarımçıq qalıb.

Oxşar xəbərlər
N.Tusi adına Klinika
21:21, Bu gün
Rafiq Hüseynov ikiqat dünya çempionu oldu
21:12, Bu gün
Qarabağdakı separatçıların tərk-silah edilməsinə başlanılıb - YENİLƏNİB + VİDEO
21:10, Bu gün
Ceyhun Bayramov Uqandanın vitse-prezidenti ilə QH çərçivəsində əməkdaşlığı müzakirə edib - YENİLƏNİB
21:07, Bu gün
Gürcüstan ictimaiyyəti Azərbaycanın Qarabağdakı antiterror tədbirlərini dəstəkləyir
21:05, Bu gün
ABŞ Prokurorluğu Bob Menendesə qarşı korrupsiya ittihamı ilə bağlı mətbuat konfransı keçirib
21:03, Bu gün
BMT-də Sergey Lavrovla Ceyhun Bayramov arasında görüş başlayıb
21:00, Bu gün
Beynəlxalq axtarışa verilən şəxslər Avropa dövlətlərindən Azərbaycana gətirilib
20:55, Bu gün
Eldəniz Əzizli üçüncü dəfə dünya çempionu olub
20:52, Bu gün
“Biz separatizmin başını 3 il öncə əzmişdik, ancaq...”
20:50, Bu gün
Qərbi Azərbaycan Xronikası: “Anam rəhmətə gedəndə kənddən məcbur çıxarıldıq” - VİDEO
20:43, Bu gün
İranlı jurnalist həddini aşdı - FOTO
20:34, Bu gün
Almaniya millisinin yeni baş məşqçisi bəlli oldu
20:32, Bu gün
“Onların bütün addımları Qarabağ münaqişəsini qızışdırmağa yönəlib”
20:31, Bu gün
Netanyahu: “İsrail və Səudiyyə Ərəbistanı sülhə yaxındır”
20:29, Bu gün
Krıma hücum edilib, Kerç körpüsü bağlanıb, Sevastopol duman içindədir
20:26, Bu gün
Ötən il Britaniyada isti hava səbəbindən ölüm halı rekord həddə çatıb
20:20, Bu gün
Qarabağdakı erməni sakinlər üçün ərzaq aparan avtomobillər geri yükü boşaldaraq geri qayıdıb-YENİLƏNİB+VİDEO
20:13, Bu gün
Hakan Fidan israilli həmkarı ilə görüşüb
20:07, Bu gün
Şabranda ev yanıb
20:00, Bu gün
İsrail ordusu Qəzza zolağına zərbələr endirir
19:50, Bu gün
Zaqatalada 71 yaşlı kişini maşın vuraraq öldürüb
19:37, Bu gün
Nazir: "Özbəkistan və Qazaxıstanın Füzulidə reallaşdırdığı layihələr dövlətlərimiz arasında dostluq rəmzinə çevrilib"
19:36, Bu gün
Rusiya diplomatiyasının "uğuru" : Rusiya XİN nümayəndə heyəti Hindistandan G20 sammitindən təhlükəli infeksion xəstəlik gətirib
19:30, Bu gün
Ceyhun Bayramov antiterror tədbirlərinə verdiyi dəstəyə görə türk dövlətlərinə xüsusi minnətdarlıq edib
19:20, Bu gün
Xankəndi şəhərində qəsdən yanğınlar törədilir - VİDEO
19:19, Bu gün
Qarabağ bölgəsində müsadirə edilmiş döyüş texnikası, silah və sursat - VİDEO
19:18, Bu gün
Ceyhun Bayramov TDT Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclasında çıxış edib
19:15, Bu gün
UEFA Millətlər Liqası: Azərbaycan millisi Kipr ilə heç-heçə edib
19:12, Bu gün
TDT XİN başçıları Nyu-Yorkda görüşüb, Azərbaycanın antiterror tədbirləri müzakirə olunub - YENİLƏNİB
19:10, Bu gün
Onnik Krikoryan: “Erməni əhalisinin inteqrasiyası mümkündür və ona dəstək vermək lazımdır”
19:07, Bu gün
Hakan Fidan Macarıstan və Belçikanın XİN rəhbərləri ilə görüşüb
19:06, Bu gün
Həbsdə olan general özünü qismən təqsirli bilir, ifadəsini qapalı prosesdə verəcək
19:05, Bu gün
İrəvanda yeni mitinqə hazırlıq gedir, etirazçılar toplaşmağa başlayıb
19:03, Bu gün
Ermənipərəst senator Menendezə qarşı daha bir korrupsiya ittihamı irəli sürülüb
19:01, Bu gün
Rusiya sülhməramlılarının avtomobil karvanı Ermənistandan Xankəndiyə gedib - VİDEO
19:00, Bu gün
Viktoriya Nuland və Türkiyə XİN başçısının müavini Qarabağı müzakirə edib
18:57, Bu gün
Diaspor fəalları Avropa ictimaiyyətini Ermənistanın mina terroru barədə məlumatlandırıb
18:53, Bu gün
AQTA Argentinadan məhsul idxalına məhdudiyyət qoyulacağı ilə bağlı xəbərdarlıq edib
18:45, Bu gün
Penitensiar xidmətinin Mühafizə Alayında müşavirə keçirilib
18:40, Bu gün
FHN-in Bakı Regional Mərkəzi tərəfindən “Heydər Əliyev İli”nə həsr olunmuş tədbir keçirildi - FOTO
18:33, Bu gün
Honkonq öz istehsalı olan ilk peyki buraxacaq
18:32, Bu gün
KİV: Rusiyada gələn il müdafiə xərcləri sosial xərcləri üstələyəcək
18:30, Bu gün
Ceyhun Bayramov Hakan Fidana Qarabağ xalçası hədiyyə edib
18:28, Bu gün
Bu ilin 8 ayında 375 min nəfərə Prezidentin aylıq təqaüdü ödənilib
18:27, Bu gün
ISESCO-nun sabiq Baş direktoru Prezident İlham Əliyevi təbrik edib
18:26, Bu gün
Türkiyədə İŞİD üzvü olmaqda şübhəli bilinən şəxslər saxlanılıb
18:25, Bu gün
Parlamentdə Rəqabət Məcəlləsinin layihəsi üzrə ictimai dinləmə keçiriləcək
18:20, Bu gün
“Nar”ın bölgələr üçün “Yerlim+” tarifi ikiqat sərfəli oldu!
18:20, Bu gün
“İrəvan” komandasına danışılmış oyunlarla bağlı seminar keçirilib
18:19, Bu gün
MAR-ın keçmiş prezidenti ömürlük həbsə məhkum edilib
18:18, Bu gün
Sahib Ələkbərov Naftalanda vətəndaşları qəbul edib
18:17, Bu gün
Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Bakıya gələcək
18:12, Bu gün
İcma: "Aİ bu gedişlə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesindən kənarda qalacaq"
18:11, Bu gün
Gələn il keçiriləcək buraxılış imtahanlarının proqramı açıqlandı
18:10, Bu gün
Brenda Şaffer: “Azərbaycanın lokal antiterror tədbirləri strateji dəyişikliklərə səbəb olub”
18:03, Bu gün
“AzerGold” hasilat və ixrac əməliyyatlarını uğurla davam etdirir
18:00, Bu gün
“Avropalı parlamentarilərin fəallıqları erməni lobbisindən pul qoparmağa hesablanıb” - RƏY + FOTO
18:00, Bu gün
Gülay Zeynallının “Məktub”u - Video
17:58, Bu gün
Türkiyə ictimaiyyəti Azərbaycanın terrorla mübarizəsini dəstəkləyib
17:57, Bu gün
Azərbaycan cüdoçusu Böyük Dəbilqə turnirinin qalibi olub - YENİLƏNİB
17:55, Bu gün
Pakistanlı senator çətin dövrlər keçirən ölkələrə dəstəyinə görə Azərbaycana təşəkkür edib - FOTO
17:52, Bu gün
Azərbaycan Dünya Bankı ilə investisiya layihələrinin indikativ proqramını müzakirə edib - FOTO
17:48, Bu gün
Molla rejimi Zahidanda güclü təhlükəsizlik tədbirləri görüb - VİDEO
17:44, Bu gün
Bütün sosial ödənişlər bu tarixdə ödəniləcək - RƏSMİ
17:40, Bu gün
Yaşar Gülər: “Azərbaycanın antiterror tədbirləri nəticəsində Qarabağda bütün mənzərə bir gündə dəyişdi”
17:36, Bu gün
Dünya çempionatı: 3 güləşçimiz çempionluq şansını itirdi
17:32, Bu gün
"Ordumuzun rəşadəti sayəsində torpaqlarımız erməni silahlı birləşmələrindən təmizlənir" - QMİ sədri
17:27, Bu gün
“Bəziləri BMT TŞ-nin iclasında ancaq xristian həmrəyliyinə görə Ermənistanı dəstəklədilər”
17:22, Bu gün
Güneyli fəalın bacısı: “Məhkəmə qardaşımın vəziyyəti barədə bizə məlumat vermir” - FOTO
17:20, Bu gün
Ermənistanda etirazlar güclənir: İkinci böyük şəhərində də aksiyalar başladı - VİDEO
17:17, Bu gün
Bazar günü bizim üçün ən təhlükəli asteroidlə bağlı tarixi hadisə yaşanacaq - FOTO
17:13, Bu gün
“Araz-Naxçıvan”ın baş məşqçisi: “Eyforiyadan söhbət gedə bilməz”
17:09, Bu gün
BDU-da "Sosial mediada uğurun sirri" adlı təlim keçirilib - FOTO
17:05, Bu gün
Putinin milyarder “desant”ı Qarabağdan çıxmayacağını dedi -"Sonadək döyüşəcəm…"
17:03, Bu gün
İrəvanda etirazların arxasında kim dayanır? - Paşinyan Putinin dostuna işarə vurub... - VİDEO
17:00, Bu gün
Azərbaycanda universitet müəllimi 37 yaşında vəfat edib - FOTO
16:56, Bu gün
“Qarabağ”ın qələbəsi - hikkəli norveçli müəllimlə bağlı xatirə
16:55, Bu gün
Ermənilərdən təmizlənmiş yaşayış məntəqəsinin görüntüləri yayıldı - VİDEO
16:52, Bu gün
Türkiyə Milli Kitabxanasının baş direktoru BDU-da ustad dərsi keçib - FOTOLAR
16:50, Bu gün
“Biz həmişə sizinləyik!” bədii-sənədli filmin İmişlidə təqdimatı keçirilib
16:47, Bu gün
“Ana dili - Azərbaycan məktəbi” layihəsi onlayn dərslərə start verib - FOTO
16:43, Bu gün
Dünya Güləş Birliyi azərbaycanlı idmançıların görüşlərinin ən maraqlı anlarını paylaşdı - VİDEO
16:39, Bu gün
İran Qafanda fəallığını artırıb - FOTO
16:35, Bu gün
Qərbin bitməyən qərəzi: xristian təəssübkeşliyi, səlibçi psixologiyası - ŞƏRH + FOTO
16:32, Bu gün
BQXK-nın Xocavənddən Xankəndiyə apardığı yaralı erməni silahlılarının sayı bəlli oldu - YENİLƏNİB + VİDEO
16:30, Bu gün
Mədəniyyət naziri: “Azərbaycanla Qazaxıstan arasında münasibətlər qədim köklərə malikdir”
16:27, Bu gün
Dövlət Agentliyi: "Son vaxtlar şam ağacları xəstəlikdən quruyur"
16:26, Bu gün
Şuşada bir nəfərin minaya düşməsi faktı ilə bağlı araşdırmalara başlanıldı - YENİLƏNİB
16:24, Bu gün
Ayxan Hacızadə “Əl-Cəzirə” telekanalına Qarabağdakı vəziyyətlə bağlı müsahibə verib - VİDEO
16:21, Bu gün
Saatlıda evdən və mağazadan oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanıldı
16:18, Bu gün
“Ermənistan beynəlxalq hüquqa əməl etmədi, Azərbaycanın xəbərdarlıqlarından nəticə çıxarmadı” - RƏY + FOTO
16:15, Bu gün
Azərbaycan Dünya Bankı ilə Ölkə Tərəfdaşlıq Çərçivəsinin hazırlanmasını müzakirə edib - FOTO
16:09, Bu gün
Azərbaycandan qaçan vəzifəli şəxs həbs olundu - 3 uşaq ölmüşdü
16:05, Bu gün
İmran Xan islami nikah qaydalarını pozmaqda ittiham edilib
16:02, Bu gün
Avropanın məşhur futbol funksioneri “Neftçi”də - FOTO
15:58, Bu gün
Spiker İndoneziya Nümayəndələr Palatasının Parlamentlərarası əməkdaşlıq komitəsinin sədri ilə görüşüb
15:54, Bu gün
Toivo Klaar yaxın günlərdə Azərbaycana gələcək
15:50, Bu gün
Azərbaycan və Türkiyə hərbi hüquqşünaslarının görüşü keçirilib
15:47, Bu gün
Zaqatalada ŞOK OLAY: 46 yaşlı kişi qonşusunun qızına təcavüz etdi, anasına isə...
15:42, Bu gün
DİN vətəndaşlara müraciət etdi: “Heç bir ödəniş etməyin” - FOTO
GÜNLÜK
21 Sep 2023 | 23:32
“8 nəfər ailə üzvümlə düşmənə əsir düşdüm, oğlumun başını kəsdilər, bizim yaşadıqlarımızı onlar yaşamayıblar”
21 Sep 2023 | 21:27
Zelenski ABŞ Konqresinə gəlib, Ukraynaya dəstək məsələsi müzakirə ediləcək
21 Sep 2023 | 23:08
Qardaşının ölümünü gizlədilər, həkimlər ona övlad qadağası qoydu - Anarın həyatdakı "Təhminə"si
21 Sep 2023 | 23:19
ABŞ "Abrams" tanklarını Ukraynaya bu tarixdə göndərəcək
21 Sep 2023 | 22:37
“Qarabağ” Avropa Liqasının qrup mərhələsinə qələbə ilə başlayıb - YENİLƏNİB
21 Sep 2023 | 21:46
İlin toyu: bir kişi eyni zamanda yeddi qadınla evlənib
11:10, Bu gün
Qarabağda yaşayan dinc sakinlərə göndərilən yardıma daxil olan məhsulların həcmi və çeşidi açıqlanıb - YENİLƏNİB
21 Sep 2023 | 21:43
Ərdoğan: “Rusiya sıradan bir ölkə deyil”
16:32, Bu gün
BQXK-nın Xocavənddən Xankəndiyə apardığı yaralı erməni silahlılarının sayı bəlli oldu - YENİLƏNİB + VİDEO
21 Sep 2023 | 23:01
XİN: Aniterror tədbirləri Ermənistanla sülh sazişinin bağlanmasına müsbət təsir edə bilər
HƏFTƏLİK
19 Sep 2023 | 23:50
"Haydı, gəlin Yevlaxa, axı siz ora gələn yolu yaxşı tanıyırsız..."
18 Sep 2023 | 10:12
1500 erməniyə öz dilində “geri çəkilin” əmri verən “Hadrut fatehi”-nin anası-“Camalın şəhid olduğunu məndən gizlətdilər”
18 Sep 2023 | 12:00
“Erməni cinayətkarlarını qanun qarşısında cavab verməyə məcbur edəcəyik”
18 Sep 2023 | 00:00
Erməni müğənni Mikayıl Müşfiqin sözlərinə bəstələnən mahnını oxudu, qohumu etiraz etdi - VİDEO
21 Sep 2023 | 13:25
Qarabağın erməni sakinlərinin nümayəndələri ilə Yevlaxda görüş bitdi - YENİLƏNİB + FOTO/CANLI YAYIM
20 Sep 2023 | 17:50
“Azərbaycan dilini yaxşı bilmədiyimə görə təhqir olunsam da, vətənin bu günündə xarici kanallara müsahibələri mən vermişəm”-ÖZƏL
16 Sep 2023 | 21:01
“Çalışıram Atillaya kimin övladı olduğunu hər an, hər dəqiqə xatırladım”-Yaqub Zurufçunun xanımı
16 Sep 2023 | 10:49
“Düşmənin Qarabağdakı zirehli texnikaları, istehkamları dəqiq atəşlərlə məhv ediləcək...”
16 Sep 2023 | 12:11
“Ququş anamla xalaqızıdır, səhnədən getməsi məni çox üzdü”
16 Sep 2023 | 13:41
Rusiyanın Birinci Kanalında Azərbaycanın xalq mahnısı səsləndi - VİDEO
AYLIQ
21 Sep 2023 | 23:32
“8 nəfər ailə üzvümlə düşmənə əsir düşdüm, oğlumun başını kəsdilər, bizim yaşadıqlarımızı onlar yaşamayıblar”
21 Sep 2023 | 21:27
Zelenski ABŞ Konqresinə gəlib, Ukraynaya dəstək məsələsi müzakirə ediləcək
21 Sep 2023 | 23:08
Qardaşının ölümünü gizlədilər, həkimlər ona övlad qadağası qoydu - Anarın həyatdakı "Təhminə"si
21 Sep 2023 | 23:19
ABŞ "Abrams" tanklarını Ukraynaya bu tarixdə göndərəcək
21 Sep 2023 | 22:37
“Qarabağ” Avropa Liqasının qrup mərhələsinə qələbə ilə başlayıb - YENİLƏNİB
21 Sep 2023 | 21:46
İlin toyu: bir kişi eyni zamanda yeddi qadınla evlənib
11:10, Bu gün
Qarabağda yaşayan dinc sakinlərə göndərilən yardıma daxil olan məhsulların həcmi və çeşidi açıqlanıb - YENİLƏNİB
21 Sep 2023 | 21:43
Ərdoğan: “Rusiya sıradan bir ölkə deyil”
16:32, Bu gün
BQXK-nın Xocavənddən Xankəndiyə apardığı yaralı erməni silahlılarının sayı bəlli oldu - YENİLƏNİB + VİDEO
21 Sep 2023 | 23:01
XİN: Aniterror tədbirləri Ermənistanla sülh sazişinin bağlanmasına müsbət təsir edə bilər