Azərbaycanda yeni vəzifəyə təyin edilən musiqiçilər Vyanada bir arada - FOTOLAR
Mədəniyyət
3692
15 May 2023 | 12:00

Azərbaycanda yeni vəzifəyə təyin edilən musiqiçilər Vyanada bir arada - FOTOLAR

Əməkdar artist Fuad İbrahimov Azərbaycan Dövlət Akademik Filarmoniyasının baş dirijoru təyin edilib.

Rusiyanın Xalq artisti Anna Netrebko Fuad İbrahimovla yeni fotolarını yayımlayıb. O bildirib ki, musiqiçi ilə Avstriyanın paytaxtı Vyanada bir araya gəliblər. 

Anna birlikdə Vyanada Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən tədbirdə yer aldıqlarını vurğulayıb. Konsertdə F.İbrahimov və Xalq artisti Yusif Eyvazov çıxış ediblər. 

Qeyd edək ki, Y.Eyvazov və Anna uzun illərdir ailəlidir. Eyvazov aprelin 7-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrına direktor təyin edilib.

 

Link kopyalandı!
Son xəbərlər