Bizi sosial şəbəkələrdən izləyin:
Pakistanda ümummili lider Heydər Əliyevin 100 illiyi münasibərilə səfirliyimizin keçirdiyi tədbirdə Almaxanım Əhmədli " Bayatı- türk" muğam triosu ilə çıxış edib.
Azərbaycanın Pakistan İslam Respublikasındakı səfirliyinin təşkilatçılığı ilə ümummili lider Heydər Əliyevin paytaxt İslamabadda 100 illik yubiley tədbiri keçirilib.
Tədbirdə Pakistandakı dünya öllələrinin səfirliklərinin diplomatları, eləcə də qardaş ölkənin ictimai, dövlət xadimləri iştirak edib.
Azərbaycanın Pakistandakı səlahiyyətli və fövqəladə səfiri Xəzər Fərhadovun dəvətilə Pakistana səfər edən" Bayatı-türk" muğam triosunun konseeti, qardaş ölkənin Dövlət televiziyası tərəfundən lentə alınıb.
Trionun xanəndəsi sevimli gənc sənətkar AzTV- nin və BMM- nin solisri Almaxanım Əhmədli,instrumental ifaçıları- müşayiətçilər: istedadlı musiqiçilər Bakı Musiqi Kollecinin müəllimləri tarzən Məsim İslamov və kamanzən Elvin Novruzovdur.
Bayatı-,-türk"ölkəmizi, milli musiqimizi qardaş ölkədə həmişəki kimi ləyaqətlə təmsil edib. Musiqiçilər qeyd etdiyimiz kimi Ulu Öndər Heydər Əliyevin yubileyi münasibətilə Azərbaycan Respublikasının Pakistandakı səfirliyinin təşkilatçılığı ilə Pakistanın İslamabad şəhərində dövlət rəsmiləri üçün keçirilən tədbirə dəvətə görə başda Azərbaycanın Pakistandakı səfiri cənab səfir Xəzər Fərhadov olmaqla, bütün əməyi keçən kollektivə, o cümlədən səfirliyimizin əməkdaşı Baba İslama təşəkkürlərini bildirdilər.