Xalq artisti:xa0
3571
11 Apr 2023 | 16:54

Xalq artisti:xa0"İstedadıxa0peşəkarlıqla səhv salmaq olmaz"

"İstedadı peşəkarlıqla səhv salmaq olmaz".
 
Bunu Azərbaycan Dövlət Pantomima Teatrının bədii rəhbəri, Xalq artisti Bəxtiyar Xanızadə “Azərbaycan teatrı – 150: inkişaf perspektivləri” mövzusunda keçirilən Teatr Forumunda çıxışında deyib.
 
Onun sözlərinə görə, istedadı peşəkarlıqla eyniləşdirmək yanlış yanaşmadır. Xalq artisti bildirib ki, hansısa peşənin sirlərinə yiyələnmədən mövcud olan istedad gərəksizdir.
 
Teatrın bədii rəhbəri peşəkar aktyor və rejissorları yetişdirməyin lazım olduğunu vurğulayıb. O söyləyib ki, əgər aktyor və rejissorlar peşəkar deyillərsə, teatrın inkişafından danışmaq olmaz.
 
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər