Ağstafada
Mədəniyyət
2890
14 Nov 2014 | 09:40

Ağstafada "Ud" formasında mərkəz tikiləcək - FOTOLAR

Ağstafa şəhərində “Ud” formasında olacaq Musiqi və İncəsənət Mərkəzinin təməli qoyulub. 

Moderator.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, tədbirdə Ağstafa rayon İcra hakimiyyətinin başçısı, hüquq-mühafizə orqanlarının rəhbərləri, və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib. Tədbiri giriş sözü ilə rayon İcra hakimiyyətinin başçısı Məhərrəm Quliyev açıb. 

Qəzalı və yararsız binada yerləşən Ağstafa şəhər Musiqi məktəbinin yeni binaya köçürülməsinin illərlə qarşıda duran əsas məsələlərdən biri olduğunu qeyd edən Məhərrəm Quliyev ölkə rəhbərinin 30 iyun, 2014-cü il tarixli Sərəncamı ilə yeni Musiqi və İncəsənət Mərkəzinin tikilməsi üçün vəsaitin ayrıldığını və bu problemin həll olunduğunu deyib. 

“Ud” formasında olacaq Musiqi və incəsənət mərkəsinin gələn ilin mayında istifadəyə verilməsi planlaşdırılır.


 

 

Link kopyalandı!
Son xəbərlər