Kitab Mükafatı ilə bağlı nazirlikdən AÇIQLAMA
377
06 Apr 2026 | 11:18

Kitab Mükafatı ilə bağlı nazirlikdən AÇIQLAMA

Azərbaycan Kitab Mükafatı hazırda layihə mərhələsindədir.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Mədəniyyət Nazirliyi yayıb.

Qeyd olunub ki, bu istiqamətdə işlər davam etdirilir.
 

"Layihə müvafiq qaydada təsdiq olunduqdan sonra müsabiqənin keçirilməsi və sairlə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək", - məlumatda deyilib.


Qeyd edək ki, Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinin müdiri Vasif Qurbanzadə bu il Azərbaycan Kitab Mükafatının təsis ediləcəyi barədə məlumat vermişdi. Onun sözlərinə görə, qalibə 50 min manat pul mükafatı, diplom, döş nişanı təqdim ediləcəyi, kitabının 3000 tirajla çap olunacağı və 2 ölkədə yayımlanacağı planlaşdırılır. (Report.az)

Bizim.Media

Link kopyalandı!
Son xəbərlər