Mehdiyevin yanında o qalır, bazarlığı da mən edirəm...
859
20 Oct 2025 | 13:23

Mehdiyevin yanında o qalır, bazarlığı da mən edirəm...

Xəbər verdiyimiz kimi, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev cinayət məsuliyyətinə cəlb edilib. Məhkəmənin qərarı ilə ona 4 aylıq ev dustaqlığı cəzası verilib.

Bizim.Media xəbər verir ki, Ramiz Mehdiyevin Qənbər adlı mühafizəçisi “Unikal.az”a açıqlamasında onun hazırda özünü yaxşı hiss etdiyini bildirib.

"Səhhəti normaldır. Evdə xanımı ilə özü qalır. Oğlu və qızı gəlib-getmirlər. Onlar öz evlərindədir. Ev üçün bazarlığı da mən edirəm", - deyə o qeyd edib.

Xatırladaq ki, sabiq PA rəhbəri ev dustaqlığını məşhur "Avropa" otelinin yanında, Tiflis prospektindəki villasında çəkir.

Bizim.Media 

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər