Tanınmış aktrisa, produser Oksana Rəısulovanın baş rollardan birini canlandırdığı “Sevgi romanı” filmi artıq "Youtube" kanalına yerləşdirilib. Bəs görəsən qısa zaman ərzində film nə üçün kinoteatrlardan yığışdırılıb?
Mövzu ilə bağlı Moderator.az-a danışan Oksana Rəsulova artıq 2 ilə yaxındır ki, filmin kinoteatrda nümayiş olunduğunu bildirib:
“Filmin az baxış sayı olduğu üçün kinoteatrlardan yığışdırııması yanlış məlumatdır. “Sevgi romanı” filmi 2020-ci ildə fevralın 13-də yayımlanmışdı. Martın 5-nə qədər kinoteatrda nümayiş olunmağa davam etdi. Daha sonra pandemiya başladı. Müəyyən fasilədən sonra kinoteatrlar fəaliyyətini davam etdirdikdən sonra yenidən nümayiş olundu. 3 həftə nümayişdən sonra kinoteatrlarda yeni filmlər gəldi. Bilirsiniz ki, kinoteatrlarda sıralanmalar var, yeni filmlər gələndə köhnə filmlər nümayişi dayandırır. Biz “Sevgi romanı” filmindən çox razı qaldıq, filmin gözəl baxış sayı oldu, məmnun qaldıq. Biz bu filmi pandemiyadan qabaq çəkmişdik.
Pandemiya bizi çox geri saldı. Həm serial, həm də bir neçə layihələrimiz yarımçıq qaldı. Biz pandemiya vaxtında “Yalan həqiqət”, “Son nəfəs” seriallarını çəkməyə başladıq. Bir az çətin oldu, amma bacardıq”.