“2022-ci ilin “Şuşa ili” elan edilməsi bizim ailəmiz üçün sevindirici və önəmli idi. Çox sevindik, əslində bunu gözləyirdik. Bu il çərçivəsində bir sıra mədəniyyət tədbirləri keçiriləcək. Düşünürk, ki, bu il daha da zəngin, səmərəli bir il olacaq”.
Bu sözləri Moderator.az-a açıqlamasında şuşalı əməkdar artist Tahir İmanov bildirib.
O deyib ki, hər bir konsertimizdə az da olsa Şuşa mövzusuna müraciət etmişik:
“Biz Şuşa ilə gözmüzü açmışıq, Şuşa ilə yaşamışıq, belə də axıra qədər olacaq. Şuşasız heç bir günümüz, layihəmiz olmasın. Bəlkə də bunu bir çoxları bilmir. Mən uzun illər bir təxəllüslə çıxış etmişəm. Konsertlərimizdə rejissor kimi, filmlərimizdə “Sülü Çöl qala”. “Çöl qala” bizim Şuşada yaşadığımız məhləmizdir. Sülü də Süleymanın qısaldımış formasıdır. Qarabağlılar məni yaxşı başa düşər. Şuşa hər zaman var olub və var olacaq.
Bu il də həm kino, həm də konsert sahəsində yeni layihələrimiz gözlənilir. Uşaqlar üçün də yaxşı layihələrimiz olacaq”.
Xəyalə Rəis