Bütün janrlarda və dünyanın hər yerindən 25 ŞAH ƏSƏR... - 2021-ci ilin ən yaxşı filmləri... 
Mədəniyyət
Oxunub: 6333
23 Dec 2021 | 15:18
Bütün janrlarda və dünyanın hər yerindən 25 ŞAH ƏSƏR... - 2021-ci ilin ən yaxşı filmləri... 

Koronavirus səbəbindən kinoteatrların bağlanması, festivalların ləğvi və saysız-hesabsız film buraxılışlarının təxirə salınması ilə əlamətdar olan çətin 2020-ci ildən sonra 2021-ci ildə kino sənayesi pandemiya ilə mübarizə aparmağı öyrənmiş kimi görünürdü - bu, ilk növbədə açıq şəkildə böhran vəziyyətlərinə uyğunlaşma kimi başa düşülməlidir. 2021-ci ildə kinodakı iqtisadi böhran çiçəklənən (bir anlıq olsa da) yaradıcılıqla üst-üstə düşdü - buraxılışların əksəriyyətinin bir-biri ilə rəqabət apardığı bir şəraitdə kinoteatrlarda deyil, onlayn olaraq, müasir kommersiya normalarının boğucu diktələrinə tabe olmayan filmlərin ambisiyaları və orijinallığı daha çox nəzərə çarpır. 2021-ci ildə belə filmlərin qeyri-adi çoxluğu var idi.

 

Moderator.az onlardan 25 ən yaxşısı xüsusi ardıcıllıq gözləmədən oxucularının diqqətinə çatdırır.

 

“Fabian- Uçuruma yuvarlanmaq” (Fabian oder Der Gang vor die Hunde), rejissor Dominik Qraf

Karyerasının böyük hissəsini televiziyada keçirmiş (və Amerikada serialların qızıl erası səslənməyə başlamazdan çox əvvəl orada kriminal janrda inqilab etmiş) görkəmli alman rejissoru Dominik Qraf “Fabian”da Erix Kestnerin 1931-ci ildə yazdığı romanını ekrana gətirir. Adında hansı ümummilli uçurumun nəzərdə tutulduğunu təxmin etmək çətin deyil, yəni Veymar Respublikasının son illərində Berlindən illüziyalar, iş və sevgi ilə ayrılan gənc yazıçının bu hekayəsi dağıdıcı fatalizmlə doludur. Və onun paradoksal, zahirən inadkar rakurslardan, nöqtəli xronika əlavələri və fləşbək və fləçforvard çılğınlığı ilə rəqəmsal əl kamerası ilə lentə alınma üsulu fatalizmi iliyinə qədər müasir edir. Ən nəhayət, uçuruma yuvarlanmaq 1930-cu illərin sonu Almaniyasının yeganə vəziyyəti deyil.

 

“Fransız bülleteni. “Liberti” qəzetinə əlavə. Kanzas ivninq san”(The French Dispatch), rejissor Ues Anderson

Ues Andersonun tragikomediyası təkcə jurnalistikaya deyil, həm də ən yaxşı cəhətləri ilə Ceyms Bolduin və Lillian Rossun dövrlərinə aid “The New Yorker”ə çox bənzəyən fantastika kimi qurulmuşdur. Film Lui Mal, Jak Tati və Alen Rene dövrlərindən bəri ekranlarda olan fransız həyatının ən məkrli ensiklopediyasıdır. Bununla belə, daha vacibdir ki, Andersonun imzası və hədsiz dərəcədə bacarıqlı üslubu heç də öz-özlüyündə deyil - əksinə, “Fransız bülleteni” bu üslubun o qədər dramatik inkişafından xəbər verir ki, burada təbiət haqqında ən incə açıqlamaları görmək olar: mizan-səhnə, dizayn və hətta fərdi surətlər, incəsənət və sevgi, güc və müasirlik. Bir sözlə, təəccüblü deyil ki, “Fransız bülleteni” həqiqətən də tamaşaçıya yalnız ikinci baxışdan sonra açıla bilir.

 

“Kral qəmgindir” (Down with the King), rejissor Diyeqo Onqaro

Bu il dünya kinosunun ulduzlarını ultra-real kontekstdə yerləşdirən və onları az-çox özlərini qeyri-peşəkar ifa edənlərlə əhatə edən kifayət qədər film var idi – Xloya Çjaonun yola çıxan işsiz rolunun ifaçısı Frensis MakDormandla çəkilmiş "Köçərilər torpağı" filmi ümumiyyətlə bir qucaq "Oskar" topladı... Ancaq belə bir hiyləni doğru və inandırıcı şəkildə çəkməyi bacaran yeganə film çox təəssüf ki, diqqətdən kənarda qaldı. Diyeqo Onqaronun “Kral qəmgindir” filmində Massaçusets və Pensilvaniya meşələri və əsl fermerlər arasında yaşayan bacarıqlı reper Freddi Gibbs özünü yerli sakin kimi göstərmir, əksinə (Rossellinin “Stromboli” filmindəki İnqrid Berqman kimi) nümunəvi gəlmə rolunu oynayır. O, yalnız ucqar bir yerdə dünyadan gizlənən məşhur reper deyil, həm də yoxsul əhali fonunda istər-istəməz seçilən uğurlu qaradərili insandır. Onqaro öz qəhrəmanını boş meşələrdə yaşayan ağ dünyanın canavarları ilə qarşı-qarşıya qoymaqdan uzaqdır. Zəhlətökən və pis qoxu verən skuns ilə görüş isə qəmgin rep kralına layiq bir sınaqdır.

 

“Soyuq hesablaşma” (The Card Counter), rejissor Pol Şröder

Amerika kinosunun canlı klassiki, “Taksi sürücüsü və “Vəhşi öküz” filmlərinin ssenari müəllifi, “Amerikalı jiqolo” və “Konveyer” filmlərinin rejissoru Pol Şröder ilin ən çətin filmlərindən birini - müasir Amerikaya ikrahla baxan sirli peşəkar qumarbazın (Oskar Ayzek) tərcümeyi-halından bəhs edən ekzistensial, lakin dinamik trillerini çəkdi. Bu, Şröderin və onun filminin qumarxanaların əzilmiş zallarına nəzər yetiməsinə və qəhrəmanın poker çempionatının finalına qədər gedən yolunun hekayəsi ilə tamaşaçının beynini şişirdir - bu janr konstruksiyası çox da uzaq olmayan Amerika tarixinin dəhşətli və uydurulmamış günahlarını çox gözəl əks etdirir.

 

“Yumruqları açaraq", rejissor Kira Kovalenko

Aleksandr Sokurovun tələbəsi Kira Kovalenkonun Kannda "Xüsusi baxış” bölməsində ən yaxşı film nominasiyası üzrə mükafatı qazanmış “Yumruqları açaraq” dramı Şimali Osetiyada (elə osetin dilində lentə alınıb) cərəyan edir, uşaqlıqda dəhşətli teraktla üzləşmiş baş qəhrəman ata himayəsinin sıx bağlarından qurtulmağa çalışır. Bütün gərgin, yüksək cismaniliyinə baxmayaraq, süjet bu qədərdir. Filmdə Kovalenkonun rejissor işi heyran edir - incə, yetkin diqqət təkcə personajlara deyil, həm də onların yaşadıqları dünyaya sirayət edir. Və daha vacibi odur ki, o, özü də möhtəşəm üslub yolları ilə realizm və tarixin bağlarından qurtulmağa qadirdir.

 

“Daxil olma” (İnteurodeoksyeon), rejissor Hon Sansu

Yeri gəlmişkən, pandemiyanın paradoksal və bir qədər gözlənilməz təsiri - fasiləsiz  monoton vəziyyətdə yaranmış karantinlərin və lokdaunların müvəqqətiliyinə bir çox rejissor nümayişkaranə şəkildə parçalanmış, ayrı-ayrı qısa hekayələrə bölünmüş filmlərlə cavab verir. Bəlkə də bunu sanki ən qısa gunorta yuxusu kimi zərif, parlaq üsulda koreyalı kino ustası Hon Sansu "Daxil olma" əsərində təqdim edib. Filmin üç hissəsi arasında əlaqə yetkin həyata daxil olan qəhrəmanların tez-tez planlar, narahatlıqlar və gündəlik qayğılar nəticəsində düşdükləri boşluqları göstərmək üçün bir vasitədir.

 

“Yaddaş” (Memoria), rejissor Apiçatponq Virasetakun

Taylandlı vizyoner Virasetakunun ilk xarici təcrübəsi göstərir ki, kinonun imkanlarının sərhədlərini aşmaq üçün rejissorun əslində nə doğma yurdu, nə də ki, özünü dəyişməsi lazımdır.  Kolumbiyada yaşayan, yalnız beynində eşitdiyi səsi təqib edən britaniyalı səhləb çiçəyi mütəxəssisi Tilda Suintona bir səs kifayətdir. O, təkcə özünün deyil, bütün bəşəriyyətin yaddaşı ilə əlaqə tapmaq üçün səsin mənbəyinin axtarışına çıxır. Tamaşaçı həmin əlaqəni qura bilməsə belə, yenə də qəribə, poetik və amansız bir dünyaya səyahət edəcək ki, orada bəzi personajlar izsiz yoxa çıxır, bəziləri isə kainatı dərk etmək istedadı ilə öyünür, dünyanın ən sakitləşdirici mənzərələrindən isə nəsillərin ağrısı süzülüb keçir.

 

“Kralların gecəsi” (La nuit des rois), rejissor Filip Lakot

Filip Lakotun filmi Abican yaxınlığındakı məhşur MACA həbsxanasında - planetdə rəis tərəfindən deyil, məhbusların özləri tərəfindən idarə olunan yeganə həbsxanada cərəyan edir. Lakot bu məşhur ərazini bir həbsxana dram filmindən gözlənildiyindən daha çox böyük ehtirasların və fantaziya uçuşlarırın cərəyan etdiyi arenaya çevirib. "Krallar gecəsi" ənənə əsasında qurulur. Ay tutulması gecəsi zamanı avtoritet məhbuslar arasından bir rəvayətçi seçir və o, səhərə qədər öz hekayələri ilə qalan məhbusları əyləndirə bilməzsə, sözün əsl mənasında öldürülə bilər. Belə yanaşma Lakotaya nəinki həbsxana həyatına Şekspir, teatr, rəqs və hətta təbii musiqi müstəvisinin müdaxilələri ilə məzmun qatmağa, həm də bir neçə dəfə məstedici afro-fantaziya ərazisinə daxil olmağa da imkan verir.

 

Dolama yollar, rejissor Yekaterina Selenkina

Bəlkə də bu il Rusiyaya ən doğru və eyni zamanda rəğbət bəsləyən baxışı Yekaterina Selenkinanın “Dolama yollar” filmi təqdim edib. Film xaotik dinamik mənzərə fonunda gənc narkotik aludəçisinin həyatına Moskvanın dolama yolları vasitəsilə baxır... Şəhərətrafı panellərin və kölgəli xiyabanların mənzərələri bir-birini dəyişir, otların və tozların çəkisi pəncərələrin və daşların altında gizlənir, polislər şaurma yeyərək başqalarının cibini axtarır və süjet bitir. Amma güc və müqavimət şəbəkələri ilə qarışmış bu mənzərələri keçən, mahiyyət etibarilə əbədi şübhə altında yaşayan hər kəs üçün narahatlıq hissi axıra qədər qalır.

 

“Bənzərlik” (Passing), rejissor Rebekka Holl

Bir irqin nümayəndəsinin digərini təqlid etmək qabiliyyətini xarakterizə etmək üçün 19-cu əsrdə Amerikada meydana çıxan irqi keçid terminini tərcümə etmək mümkün deyil. Təxmin etdiyiniz kimi, çox vaxt, tarixən köləlikdən, ayrı-seçkilikdən xilas olmaq istəyən, dərisinin rəngi mümkün qədər açıq olan qaradərili amerikalılar buna əl atıblar. 1920-ci illərdə Nyu-Yorkda cərəyan edən hadisədə Rebekka Hollun rejissor debütünün qəhrəmanlarından biri (Rut Neqqa) məhz belə edir. Maraqlıdır ki, Holl öz filmini bəlalara sürükləyir - ayaqların ucunda caz proqressivliyini vuraraq, sanki personajlara və onların vaxtına baxmaq hüququ qazanır.

 

“Yoldan çıxarma” (Benedetta), rejissor Pol Verhoven

İlin ən gözlənilməz paradokslarından biri - hollandiyalı Pol Verhovenin 17-ci əsrin rahibəsi Benedetta Karlininin heyrətamiz həyatından bəhs edən filmi ən səs-küylü əsərlərdən biri oldu. Katolik monastırında lesbiyan sevgisi səhnələri və ya Verhoven tərəfindən aydın şəkildə ifadə edilən fikir təkcə qadın bədəninə deyil, həm də Məsihin bədəninə sahib olan həyasız manipulyator Benedettada bütün kilsə atalarından daha çox müqəddəslik var.

 

“Kül” (Zola), rejissor Ceniks Bravo

“Mənim bu qancıqla ayrılıq hekayəmizi eşitmək istərdinizmi??????? Olduqca uzun, lakin təlaşla dolu ??”. Twitter-də çəkilmiş bu film klassika üçün deyil, maraq üçün bir tətbiqdir. Ağ və qara rəngli iki striptiz rəqqasəsiinin əlavə pul qazanmaq və əylənmək üçün Floridaya getməsi haqqında təbii twitter trillerini böyük ekrana köçürən Ceniks Bravo şəbəkə materialının müqavimətini dəf edə bilib. Film sosial şəbəkə abunəçiləri üçün bir nağıl, cəsarətli bir lətifə kimi deyil, heyranedici absurd ekzistensializm modeli kimi görünür - nigeriyalı qadın alverçiləri, Nikolas Braun kimi dünyada ən acınacaqlı ağ dərili insan və sonu olmayan mənasız bir magistral səyahət.

 

“Yolda zarafatlar” (Bad Trip), rejissor Kitao Sakuray

Bu komediya üçün (ən azı faciə və ya psixologizmdən uzaq olan saf komediya nəzərdə tutulur) il ən yaxşı olmadı, lakin dünyada baş verənləri nəzərə alsaq, yəqin ki, təəccüblü olmaz. Ancaq istisnalar da var idi - ilk növbədə Rusiyada dəhşətli  Bad Trip adını almış Kitao Sakuray, fərdi üslubda çıxış edən komediyaçılar- Erik Andre, Lil Rela Haueri və Tiffani Heddiş üçlüyü, yerli əhali tərəfindən çəkildiklərindən xəbərsiz olan insanların iştirak etdiyi “Borat” filmi. Ancaq "Borat"dan fərqli olaraq, bu filmdə adi amerikalılara heç bir istehza yoxdur - burada onlara gözlərinin önündə Andre, Haueri və Heddişin dərinliklərinə qərq olduğu cəlbebedici axmaqlığın xoşbəxt şahidləri rolu verilir...

 

“Qırmızı raket” (Red Rocket), rejissor Son Beyker

Amerikanın rəngarəng həyatının və sakinlərinin müğənnisi, "Qırmızı raket" filminin rejissoru Şon Beyker nəzərlərini Texas ştatında nəhəng neft emalı zavodunun kölgəsində yaşayan Texas şəhərinə çevirib və iyirmi il Los Anceles porno filmlərinin iştirakçısı olmuş komediyaçı Saymon Reksin 40 yaşlı qəhrəmanı quyruğunu qısaraq məhz buraya qaçıb gəlir. Beyker bu vəziyyətdə qəhrəmanını maksimum həyasızlıqla, onun yumoruna qarşı amansızlıqla, paradoksal sentimentallıqla və həmişə ya rəqəmsal görüntünün piksellərinə, ya da Amerika bayrağının qırıntılarına parçalanmağa hazır mənzərələrlə sıxışdırır.

 

“Zərbə dalğası 2” (Chai dan zhuan jia 2), rejissor German Yau

İlin ən abırsız tamaşası budur – təkcə ona görə yox ki, bu film Marvelin bütün şərti kinokainatında olduğundan daha çox (həm də necə!) süjet dönmələrini ehtiva edir, həm də ona görə ki, bu film Honq-Konqun bütün ərazisini nüvə partlayışı ilə hədələyən radikal terrorçular və onlarala mübarizə aparmaq məcburiyyətində olan minaaxtaranlar haqqındadır (və bu, Çin və polis əleyhinə etirazlar fonunda baş verir!). Ancaq bu təbliğat astarının heç bir mənası yoxdur, yalnız Herman Yau və onun əsas ulduzu Endi Launun hərəkət janrına aid olan ənənələri necə uzatdıqlarını görmək lazımdır.

 

“Superulduz” (Superstar), rejissor Brüno Dümon

Bir vaxtlar Tanrı tərəfindən tərk edilmiş dünyanın sümükləri üzərində çəkilmiş mənəvi psixodrama formatında və "Körpə Kenken" kimi absurd mini-serialı  üzərində işləyən Brüno Dümon birdən-birə başqa verilişlərə keçərək heyrətləndirməyə davam edir. Bu dəfə onun diqqəti media və onun təmsil etdiyi dünya arasındakı problemli əlaqə üzərindədir - və müəyyən bir məqama qədər adama elə gəlir ki, Dümonun xəbər hazırlayan və onları əvəz edənlər barəsində demək istedikləri (Frans adlı Parisin ulduz teleaparıcısının və Lei Seydun simasında) satiradan başqa bir şey deyil. Amma yox, getdikcə Dümonun məqsədində daha iddialı olduğu, ən azı medianın təsvir etdiyi real dünyanın olmadığını göstərmək nəzərə çarpmağa başlayır: media bu dünyanı nəinki özünə tabe edib, hətta udubdu. Beləliklə, həyatın nəbzini hiss etmək üçün yeganə şans ən azı telefon kamera obyektivinə düşməkdir; madmuazel Fransın isə “timsah göz yaşlarınasəbəb ola bilsəniz, deməli daha şanlısınız.

 

"İşıq hər yerdədir" (All Light, Everywhere), rejissor Teo Entoni

Göyə baxanda nə görürük? Müşahidə təyyarəsinin kamerası göydən bizə baxanda nə görür? Möhtəşəm - həm analitik olaraq təsdiqlənmiş, həm də intonasiya baxımından dərin şəxsi - Teo Entoninin esse filmi bu suallara təkcə cavab vermir, həm də bu baxışlardan kənarda nələrin qaldığını aydınlaşdırır. Məhz onun daşıyıcısı, ona xas olan qərəzlərlə birlikdə. Bəli, Entoni filminin bir hissəsini polis üçün tazer və videoregistratorlar istehsal edən korporasiyaya həsr edərək, texnologiyanın da qərəzli ola biləcəyini ortaya qoyur. Çünki bütün elmin tarixi yaxşı niyyətləri irqi, sinfi, cinsi xarakterli dəhşətli yanılmalarıı ləğv edə bilməyən insanlar tərəfindən yazilmışdır. Bu, kinotəsviri tarixinə də aiddir və hətta "İşıq hər yerdədir" filmi də öz obyektivliyini şübhə altına qoymaq cəsarətinə malikdir.

 

"Müqəddəs bağlar" (Lingui, les liens sacrés), rejissor Mahamat-Saleh Harun

Çaddan olan dahi rejissor Mahamat-Saleh Harunun deyəsən bu yeni, "Müqəddəs bağlar" filminin belə gözəl olmağa haqqı yoxdur. Müsəlman ölkəsində 16 yaşlı qızını abort etdirməyin yolunu axtaran, metalkorddan çıxarılan təkərlərdən toxuduğu istilik əşyaları ilə dolanışığını təmin edən kasıb ananın hekayəsində mənzərəli nə ola bilər? Və buna baxmayaraq, Harun bu qadınların çirkin məişətinə və yaşadıqları qəddar mühitə diqqətlə nəzər salmaqla yanaşı, dünyanın ani, hipnotik gözəlliyini də görməzlikdən gələ bilmir. Əvvəllər heç vaxt mahiyyətcə sosialist realist bir film Dreykin klipinə bu qədər bənzəməmişdi və bu, çox güman ki, komplimentdir.

 

“Sıfırlar və birlər” (Zeros and Ones), rejissor Abel Ferrara

Sonsuz gözəllik və dünyamızın dəhşətli nizamları arasındakı paradoksal sürtünmə Abel Ferraranın yeni filminin mərkəzində dayanır. Amerikanın müstəqil anfan-terribl (ərköyün uşaq) kinosu Tommazonun narkoetirafları və Sibirin Yungian mağarası ilə təmizlənmiş kimi görünür və indi öz ticarət nişanı olan qeyri-konformist (və üstəlik, ən yaxşı müasir operatorlardan biri Şon Prays Uilyamsın obyektivi ilə) təxribatçı qıyıq gözlərlə dünyaya yenidən baxır. Dünya koronavirus pandemiyasından dəli olub - buna görə də Ferrara sui-qəsdçilər-hərbçilər (o cümlədən ruslar) və radikal idealistlər, məhkum edilmiş "İsanın əsgəri" və çəhrayı paltolu ilahi qız, bir tapançanın tətiyi olaraq kino kamera, nəhayət Vatikanda bir partlayış haqqında çətin, lakin cəlbedici film çəkir. Xəstə dünya üçün təqdim olunan həqiqətən də xəstə və sayıqlayan film.

 

"Yay", rejissor Vadim Kostrov

"Yay" Nijni Tagildən olan 23 yaşlı rejissor Vadim Kostrov tərəfindən 2021-ci ildə çəkilmiş bir neçə filmdən biridir (o, ən azı möhkəm resurs olmadan cüzi bir zaman dövrü ərzində özünün maqnit kimi cəlbedici kino kainatını yaratmağı bacardı). Film “İov” kitabından bir sitatla və paradoksal olaraq fabrik dumanına bürünmüş məbədin səhər görüntüsü ilə başlayır. Daha sonra Kostrovun özünün bir neçə uşaqlıq xatirələrini lentə aldığı bu film boyunca pravoslav mənəviyyatı o qədər güclü şəkildə aşılanır ki, "Yay" heç bir mübaliğəsiz, hətta Rusiya haqqında bir yuxu da adlandırıla bilər, lakin Rusiya hətta dumanda və alovda uşaq sadəlövhlüyünün və açıqlığının hər hansı bir narahatlıq və qorxudan daha güclü olduğu bir ərazi olaraq qalır: Kostrov nəinki qəhrəmanlarından hər hansı bir bəlanı uzaqlaşdırmır, hətta özünün ultrarealist filmində buna eyham yeri də qoymur.

 

“Test nümunəsi” (Test Pattern), rejissor Şattara Mişel Ford

Şattara Mişel Ford tərəfindən hələ 2019-cu ildə çəkilmiş və bir neçə Amerika festivalında göstərilən film pandemiya səbəbindən yalnız iki ildən sonra nümayiş olundu və bu müddət ərzində o nəinki solmadı, əksinə, yalnız daha yaxşı görünür. Ən azı ona görə ki, son bir-iki ildə qadınlara qarşı cinsi zorakılıq mövzusunu qaldıran onlarla film çəkilib, amma “Test nümunəsi”ndən fərqli olaraq, onlarda təbliğatdan başqa heç bir intonasiya tapa bilməzsia. Qəhrəman Brittani S. Holl başqasının çarpayısında oyanır və başa düşür ki, sərxoşluq səbəbindən baş vermiş cinsi əlaqəyə razılıq verməyib, lakin sonra “Test nümunəsi” gözlənilməz istiqamətdə gedir və bu cinsi zorakılıqdan sonra qızı həm də sevdiyi oğlan tərəfindən psixoloji zorakılıq gözləyir: sevgilisi onu zorlama ilə bağlı arayışlar əldə etmə üçün klinikalarda süründürür.  Kişiliyin bu vizual çöküşü “Test nümunəsi”ndə daha da qulaqbatırıcı görünür, çünki Ford filmin bütün süjetini onların münasibətlərinin üzərində quraraq sevgi haqqında inandırıcı, ətraflı hekayə təqdim edir.

 

“Dünyanın ən pis adamı” (Verdens verste Menneske), rejissor Yoakim Triyer

Yoakim Triyer ilin ən ardıcıl ixtiraçı filmlərindən birini – yaşı 25-30 arasında olan norveçli Yulinin bütün nəsillə meydan oxuyan portretini çəkib. Triyer istehzada o qədər hazırcavabdır ki, peşələr və kişilər arasında seçim etməyi bacarmayan bir qadının özü haqqında düşüncələri də haçalanıb. Daha maraqlısı odur ki, heç bir şəkildə yetkinləşməyən qəhrəmanının çatışmazlıqlarını görən və böyüdən Triyer eyni zamanda onu mühakimə etməkdən tamamilə imtina edir, özündə təkcə sarkazm və üslub resursları deyil, həm də nadir empatiya kəşf edir. Onu ən azı baş rolda Renate Reinsvenin performansına baxarkən başa düşmək olar - eyni zamanda dözülməz, başa düşülən və cəlbedici olmağı bacarır.

 

“İntreqalde” (İntregalde), rejissor Radu Muntyan

İlin ən qorxulu filmi “İntreqalde” (bədənə məhəbbət - red.) bu janrın sönük, mexaniki qurğuları olmadan keçinir. Rumıniyalı Radu Muntyan Transilvaniya dağlarının yoxsul sakinlərinə Milad ləvazimatları paylamaq üçün humanitar missiya məqsədilə bir neçə orta səviyyəli buxarestli idealist göndərir. İns-cins olmayan yolda fəallar dişsiz yerli bir qocanı onları meşəqəran zavoduna aparmaq sözün əsl mənasında yanlış istiqamətə döndərmək üçün yeni Land Roverə mindirirlər. Qəhrəmanlar yarı yolda ilişib qalaraq öz gözəl görünüşlərini sürətlə itirsələr də, tədricən məlum olur ki, Muntyan onlar üçün həqiqətən də dəhşətli hadisələr hazırlamır, ancaq ölümə sürükləyən iztirablarla dolu real həyatla üz-üzə qalmaq özlüyündə daha dəhşətlidir. Həqiqətləri gizlətmədən birbaşa üzə deyən möhtəşəm rejissor işi.

 

Paralel analar” (Madres paralelas), rejissor Pedro Almodovar

Pedro Almodovar həmişə siyasi rejissor olub - təkcə ona görə ki, onun bir çox qəhrəmanlarının bu və ya digər formada arzuladığı cinsi azadlıq həmişə siyasi məsələ olub və olacaq: az sayda hakim dairələr var ki, nəinki öz ağıllarına nəzarət etməkdən, həm də özlərinə tabe olan subyektlərin bədənlərinin şirnikləndirici istifadəsindən əl çəkirlər. "Paralel analar" həm də Almodovarın həyatında birbaşa siyasətdən danışmağa hazır olduğu bir mərhələyə çatdığını göstərir - onun imzası və markası olan sentimental hekayə doğum evinin səhvi üzündən övladları dəyişik düşən iki qadının (Penelopa Krus və Milena Smit) vətəndaş müharibəsi travmasına həsr olunmuş təməl üzərində yalnız üst quruluş kimi xidmət edir. Almodovarın fikrincə, faşizm qurbanlarının sümükləri qazılıb üzə çıxarılmayana qədər heç bir azadlıq və sevgidən danışmaq mümkün deyil.

 

Bu mənim arzumdur (Eyimofe (This is My Desire)), rejissorlar Ari Esiri və Oqeneoçuko Esiri

Yuxarıda verdiyimiz kinokolleksiyadan da göründüyü kimi, 2021-ci il Afrika kinosu üçün çox uğurlu oldu. (Delfinlərin duası”nın məktəbli fəalı Rozin Mfetqo Mbakamın sənədli portreti, Alisiya Üzeyman və Sol Uilyams tərəfindən çəkilmiş “Neptun Frost” futuristik koltan müzikli də istənilən zirvələrə və tamaşaçı sevgisinə layiqdir). Amma bəlkə də dünyanın ən bədbəxt qitəsinin bir il ərzində dünyaya bəxş etdiyi kino incilərinin ən heyrətamizi Ari və Çuko Esiri qardaşlarının Nigeriyada baş verən hadisələrdən bəhs edən “Bu mənim arzumdur” adlı debüt filmidir. O, tayvanlı rejissor Vonq Karvayın “Yeni dalğa”sına təkcə ritm və təsvirləriylə bənzəmir, həm də  hər şeydən əvvəl bir-birini tanımayan, lakin eyni dərəcədə Nigeriyadan mühacirət etməyi xəyal edən qəhrəmanların dramlarından empatik müdrikliklə danışaraq heyran edir və bu filmin müasir kinoda demək olar ki, heç bir analoqu yoxdur.

 

Miraslan

Oxşar xəbərlər
04:33, Bu gün
Norveç İrandakı vətəndaşlarına xəbərdarlıq etdi
19 Apr 2024 | 23:50
"ABŞ İsrailə bir milyard dollar məbləğində silah tədarük edəcək" - "The Wall Street Journal"
19 Apr 2024 | 23:27
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
19 Apr 2024 | 23:22
"Diplomatiyanın dolanbac yolları: Moskva İsrailə İrandan siqnal göndərib..."
19 Apr 2024 | 23:17
Muxtar Babayev ABŞ rəsmisilə gələcəyin enerji sistemini müzakirə etdi
19 Apr 2024 | 23:12
Yadplanetlilərin dünyası necədir? – “Hər şeyi əldə edə bilən gücləri var”
19 Apr 2024 | 23:07
Qərbi Azərbaycan Xronikası: “Camaat pərən-pərən düşdü, hərə bir tərəfə dağıldı” - VİDEO
19 Apr 2024 | 23:02
Məktəb direktoru icra başçısına müavin təyin olundu - FOTO
19 Apr 2024 | 22:55
Uşaqpulu yenidən gündəmdə: Hər uşağa bu qədər...- Deputatdan TƏKLİF
19 Apr 2024 | 22:47
Bakı metrosunda sərnişin qatar yoluna düşdü
19 Apr 2024 | 22:42
Ağdaş sakininin adına şirkət açıldı, 105 min manat vergi borcu gəldi - VİDEO
19 Apr 2024 | 22:35
Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən DANIŞDI: “Qandalı açıb polisə verdim ki...” - VİDEO
19 Apr 2024 | 22:27
BDU-da “Gələcəyin alimləri” adlı tələbələrin IX elmi konfransı keçirilib - FOTO
19 Apr 2024 | 22:20
Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı oldu - FOTO
19 Apr 2024 | 22:17
İlham Əliyev kimdir: Diplomatiya titanı, yoxsa, siyasi sehrbaz?
19 Apr 2024 | 22:15
"Qərb Zelenskini aradan götürməyə qərar verib" - Medvedev
19 Apr 2024 | 22:14
Çexiya Ukrayna üçün 500 min mərmi alıb
19 Apr 2024 | 22:13
Zukerberq sərvətinə görə Maskı geridə qoydu
19 Apr 2024 | 21:56
KİV: İran İsrailin nüvə mərkəzini vura bilər
19 Apr 2024 | 21:15
Şəmsəddin Eldənizlə böyük dövlətçiliyə doğru... -Akif Nağıdan tariximizə fərqli baxış...
19 Apr 2024 | 21:09
Qlobal müdafiə xərcləri rekord həddə çatdı
19 Apr 2024 | 21:08
Ərdoğan rumıniyalı həmkarı ilə danışdı
19 Apr 2024 | 21:07
ÜST insanın inəkdən quş qripinə yoluxmasından sonra fermalarda tədbirlərin artırılmasına çağırış edib
19 Apr 2024 | 20:48
DİM: 485 nəfər buraxılış imtahanına gəlməyib
19 Apr 2024 | 20:47
Aktrisanın sürücülük vəsiqəsi əlindən alındı: Sərxoş vəziyyətdə...
19 Apr 2024 | 20:35
Səhər Günəş doğandan sonra açılır...
19 Apr 2024 | 20:22
Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri ELAN OLUNDU
19 Apr 2024 | 20:14
Qazaxıstanda veyp rəsmən qadağan edilib
19 Apr 2024 | 20:09
Laçında usta bədbəxt hadisə nəticəsində ölüb
19 Apr 2024 | 20:01
Azərbaycanda sayt rəhbəri həbs olundu
19 Apr 2024 | 19:30
Rus qoşunları Azərbaycandan niyə tez çıxdı?
19 Apr 2024 | 19:21
Azərbaycanda dövlət sektoru üzrə konsolidə edilmiş maliyyə hesabatlığında əsas problemlər AÇIQLANDI
19 Apr 2024 | 19:19
Alimdən mühüm açıqlama: "Dünya ilə qarşılıqlı əlaqədə olmasına imkan verə bilər"
19 Apr 2024 | 19:11
Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır
19 Apr 2024 | 19:09
Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib
19 Apr 2024 | 18:34
Xankəndidə jurnalistlərlə görüşən Bakcellin Baş İcraçı Direktoru: "Bakcell böyük dəyişikliklər astanasındadır!"
19 Apr 2024 | 18:23
FHN əməliyyat görüntüləri yayıb - VİDEO
19 Apr 2024 | 18:04
Prezident Cinayət-Prosessual Məcəlləyə dəyişikliyi təsdiqlədi
19 Apr 2024 | 18:02
Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa gəliblər
19 Apr 2024 | 17:58
Ayxan Hacızadədən 4 kəndin qaytarılmasına REAKSİYA
19 Apr 2024 | 17:56
Azərbaycan və Ermənistan öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcəklər
19 Apr 2024 | 17:54
ABŞ-nin idmançılarına şokoladlı qızıl medal verilib
19 Apr 2024 | 17:49
Fransa iqtisadiyyatı dünyanı bu cür ALDADIR
19 Apr 2024 | 17:40
"Ukraynanın Rusiya ilə müharibədə qələbəsi mümkündür" - Almaniya müdafiə naziri
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
19 Apr 2024 | 17:33
Sərhəddə növbəti görüş: Ermənistan və Azərbaycan razılığa GƏLDİ
19 Apr 2024 | 17:27
"Sülhməramlıların Qarabağdan çıxarılması haqqında birgə qərar onu deməyə əsas verir ki..."- Millət vəkili
19 Apr 2024 | 17:18
Azərbaycanda prorektorun qətlində təqsirləndirilən şəxslərdən ikisi son söz deyib
19 Apr 2024 | 17:13
Məktəblilər ölkəmizi Avropada təmsil edəcəklər
19 Apr 2024 | 17:08
Bakıda saxta “Fairy”, “Domestos”, “Perwol” və “Prill” qablaşdıran sex aşkarlanıb - FOTO
19 Apr 2024 | 17:03
"Rusiya qanunu" Gürcüstanı "ukraynalaşdırmadan" qoruyacaq" - İrakli Koxabidze
19 Apr 2024 | 17:03
Daxili İşlər Nazirliyində kollegiya iclası keçirilib
19 Apr 2024 | 17:00
Müdafiə Nazirliyinin vəsaitini mənimsəməkdə təqsirləndirilən şirkət rəhbərinə hökm oxunub
19 Apr 2024 | 16:58
BDU-nun "Gənc istedadlar" liseyinin şagirdləri "Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında
19 Apr 2024 | 16:55
Üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi qaydası müəyyənləşib
19 Apr 2024 | 16:53
Qızı ilə birgə Kürdə batan atanın meyitinin sudan çıxarılma ANI – VİDEO
19 Apr 2024 | 16:45
Naməlum şəxs Parisdə İran Konsulluğunda özünü partladacağını bildirib
19 Apr 2024 | 16:38
Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırıb
19 Apr 2024 | 16:36
Rəqibin gözünə lazer işığı salan futbolçu 11 oyunluq diskvalifikasiya olunub
19 Apr 2024 | 16:25
Zülfiyyə Xanbabayeva: “Səhnədə ölmək istəmirəm”
19 Apr 2024 | 16:20
Bu məhsulun xaricə satışında 50 min tona yaxın artım olub, qiyməti ucuzlaşıb
19 Apr 2024 | 16:19
Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik
19 Apr 2024 | 16:17
109-cu “erməni soyqırımı” oyunlarında dönüş – ŞƏRH
19 Apr 2024 | 16:14
Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil HƏDİYYƏ ETDİ - FOTO/VİDEO
19 Apr 2024 | 16:11
“Xəzər TV”nin məşhur verilişi bağlanacaq
19 Apr 2024 | 16:07
BDU-da Beynəlxalq Yer Günü münasibətilə çiçəkəkmə aksiyası - FOTO
19 Apr 2024 | 16:02
Bakıda saxta məhsulların kütləvi istehsalı ilə bağlı qanunsuz fəaliyyət aşkarlandı - FOTO
19 Apr 2024 | 16:01
Məşhurlar televiziyaların paxırını açdılar: “Yatağa girib irəli gedirlər”
19 Apr 2024 | 15:58
O, olmasaydı, həyatımla vidalaşardım - Flora Kərimova
19 Apr 2024 | 15:56
Azərbaycanda faydalı qazıntılar üzrə mədən vergisinin hesablanması üçün əmsallar müəyyənləşib
19 Apr 2024 | 15:49
Laləli çəmənlik görmək istəyənlər, tələsin! - FOTOVİDEO
19 Apr 2024 | 15:47
Ərdoğan: İsrail və İran fərqli şeylər deyir
19 Apr 2024 | 15:44
İranda hektarlarla əkin sahəsi sel sularının altında qaldı - VİDEO
19 Apr 2024 | 15:40
“Bu halda respublikaşılar öz mövqelərini itirəcək...- Güclü İsrail lobbiçilərinin təzyiqi ilə...”
19 Apr 2024 | 15:38
Putinin keçmiş həyat yoldaşının Fransadakı villasına həbs qoyuldu...
19 Apr 2024 | 15:35
Qazaxıstanlı tələbələr ADNSU-da Elmi-tədqiqat təcrübəsi keçiblər - FOTOLAR
19 Apr 2024 | 15:34
Pakistanda içərisində əcnəbilərin olduğu furqona hücum: Ölənlər var - FOTO
19 Apr 2024 | 15:29
20 min manat borca görə qəssab həbs edildi
19 Apr 2024 | 15:25
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyəti müzakirə edib
19 Apr 2024 | 15:20
"Olimpiakos"un qapıçısı Tzolakisin seyvlərinin təfərrüatları məlum oldu
19 Apr 2024 | 15:17
Meteohəssas insanlar üçün PROQNOZ
19 Apr 2024 | 15:16
Vüsalsız həsrət - Rafiq Əliyev mərhum xanımına YAZDI
19 Apr 2024 | 15:15
Oxuduğu məktəbdə adı əbədiləşən ŞƏHİDİN ATASI: “Sanki atasını qarşılayır” - VİDEO
19 Apr 2024 | 15:13
Tovuzda qadının üstünə benzin töküb yandırdı
19 Apr 2024 | 15:13
Azərbaycan-Fransız Universiteti bağlanır? - RƏSMİ AÇIQLAMA
19 Apr 2024 | 15:08
Murad Hüseynov BDU-nun Jurnalistika fakültəsinin III kurs tələbələri ilə görüşüb - FOTO
19 Apr 2024 | 15:02
“Apple” Çində “WhatsApp” və “Threads” proqramlarını “App Store”dan silib
19 Apr 2024 | 14:55
1500-dən çox keçmiş məcburi köçkün üçün mina təhlükəsinə dair təlim keçirilib - FOTO
19 Apr 2024 | 14:48
Türkiyə XİN İsraillə İrana çağırış edib
19 Apr 2024 | 14:47
Azərbaycanda faydalı qazıntı yataqlarının pasportundakı göstəricilər müəyyənləşib
19 Apr 2024 | 14:47
İnfarktdan əvvəl ürək necə ağrıyır? - ƏSAS ƏLAMƏTLƏR
19 Apr 2024 | 14:43
Valideynlərini qətlə yetirməkdə şübhəli bilinən Fikrətlə bağlı dəhşətli fakt - 10 gün əvvəl...
19 Apr 2024 | 14:42
Qərb cavab verməlidir: “Caliber”in araşdırmasının izi ilə - VİDEO
19 Apr 2024 | 14:41
Azərbaycanda yer təkinin istifadəyə verilməsi üzrə hərraclarda iştirak haqqının məbləği müəyyən olunub
19 Apr 2024 | 14:36
Rusiya sülhməramlıları Azərbaycanı tərk edirlər: Texnikanın ilk partiyası yolda - VİDEO
19 Apr 2024 | 14:33
Füzuli şəhərində ikigünlük oftalmoloji səyyar müayinələr təşkil edilib
19 Apr 2024 | 14:25
Hesablama Palatası: Ötən il 67 milyon manatdan çox vəsait bərpa edilib
19 Apr 2024 | 14:21
İranda 11 yaşlı qız satıcı qadını ona güldüyü üçün öldürüb - FOTO
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
19 Apr 2024 | 14:11
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
GÜNLÜK
19 Apr 2024 | 09:30
Kolbasanın ürəyə təsiri sübut olundu
19 Apr 2024 | 09:55
Çox ağıllı olmasalar da, çox gözəl doğulan BÜRCLƏR
19 Apr 2024 | 10:24
Moderator.az-çılar Kəlbəcərdə burulğana düşdü...- ANBAAN VİDEO
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
19 Apr 2024 | 07:58
Bədənin qaşınması qaraciyər və böyrəklərdən ola bilər
19 Apr 2024 | 08:03
Beyin sağlamlığınızı qorumaq üçün bunları edin - Məşhur nevroloqdan tövsiyələr
19 Apr 2024 | 10:19
Sumqayıtda qətlə yetirilən ər-arvadın qonşusu: “Səs eşitdik, gələndə artıq gec idi” - YENİLƏNİB + VİDEO
19 Apr 2024 | 08:28
Daim yorğun hiss edənlər üçün asan həll yolu- SƏHƏRLƏR...
19 Apr 2024 | 08:15
Teflon tavalar qadağan edilir - Xərçəng təhlükəsinə görə...
19 Apr 2024 | 13:10
“Filmdən sonra əsl adımı unudub mənə Zərifə dedilər”-“Sehrli xalat”-ın baş qəhrəmanı filmin ssenarisini hələ də saxlayır-ÖZƏL FOTOLAR
HƏFTƏLİK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
13 Apr 2024 | 09:11
“Şit parodiyalar çoxalıb, Hacıbaba Bağırov deyirdi ki, davamçım Çingiz Əhmədovdur, təlxək deyil”- ÖZƏL
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
16 Apr 2024 | 19:37
Apreldə bu 5 bürc ən yaxşı qərarlarını verəcək
16 Apr 2024 | 14:46
Taksilərin qiymətləri fantastik həddə çatacaq?
19 Apr 2024 | 09:30
Kolbasanın ürəyə təsiri sübut olundu
AYLIQ
19 Apr 2024 | 09:30
Kolbasanın ürəyə təsiri sübut olundu
19 Apr 2024 | 09:55
Çox ağıllı olmasalar da, çox gözəl doğulan BÜRCLƏR
19 Apr 2024 | 10:24
Moderator.az-çılar Kəlbəcərdə burulğana düşdü...- ANBAAN VİDEO
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
19 Apr 2024 | 07:58
Bədənin qaşınması qaraciyər və böyrəklərdən ola bilər
19 Apr 2024 | 08:03
Beyin sağlamlığınızı qorumaq üçün bunları edin - Məşhur nevroloqdan tövsiyələr
19 Apr 2024 | 10:19
Sumqayıtda qətlə yetirilən ər-arvadın qonşusu: “Səs eşitdik, gələndə artıq gec idi” - YENİLƏNİB + VİDEO
19 Apr 2024 | 08:28
Daim yorğun hiss edənlər üçün asan həll yolu- SƏHƏRLƏR...
19 Apr 2024 | 08:15
Teflon tavalar qadağan edilir - Xərçəng təhlükəsinə görə...
19 Apr 2024 | 13:10
“Filmdən sonra əsl adımı unudub mənə Zərifə dedilər”-“Sehrli xalat”-ın baş qəhrəmanı filmin ssenarisini hələ də saxlayır-ÖZƏL FOTOLAR