Uzun müddətdir ki, ən reytinqli serialların rejissoru olan, Əməkdar Mədəniyyət işçisi Ramin Hacıyevi bu gün “Bacanaqlar” serialının Məhəbbəti kimi tanıyırıq.
Ramin Hacıyev Moderator.az-a açıqlamasında heç bir obrazının Məhəbbət qədər sevilmədiyini bildirib:
“İlk dəfə efirdə nümayiş olunan seriallarımızdan olan “Bacanaqlar” bu cameədə bir ilk idi. Orada ən çox bəyənilən obrazlardan biri də Məhəbbət oldu. Məhəbbət, Sevda obrazlarının bu qədər sevilməsi serial tarixində maraqlı bir iz qoydu. Mən özüm də müəyyən müddətdən sonra Məhəbbəti oynamaq istəmirdim. “Bacanaqlar” serialından sonra başqa seriallarda da çəkilmişəm. Ancaq baxıram ki, aktyor kimi nə qədər obraz canlandırsam da hamı mənə Məhəbbət deyir. Həmin obrazdan sonra digər obrazlarım bunun qədər yadda qalmayıb. Bunun üçün də yenir bir şeylər düşünmək lazımdır”.
Xəyalə Rəis