Bu gün əməkdar artist Tahir İmanoun 47 yaşı tamam olur.
Doğum günündə təəssüratlarını Moderator.az-la bölüşən əməkdar artist bu günün onun üçün xüsusi bir əhəmiyyət daşımadığını bildirib:
"7 ilə yaxındır ki, doğum günümü qeyd etmirəm. Nəyi qeyd edim, qocalmağımı? 7 ildir ki, doğulduğum gün anlayışı mənə çatmır. Mənim üçün adi bir gündür. Doğum günü sadəcə olaraq şəxsiyyət vəsiqəsində qoyulan bir tarixdir. Uca Allahımdan xalqım, ailəm üçün gözəl günlər azu edirəm.
Yaşadığım hər günümə şükür edirəm. Yeni yaşımdan isə şad xəbərlər, gözəl günlər gözləyirəm. Bütöv Azərbaycan üçün gözəl, firavan günlər arzu edirəm.
Bu gün "Parni iz Baku" teatrımız Mədəniyyət Nazirliyi tərəfindən fəxri fərmanla təltif olunub. Axır ki, biz də 30 ildir xidmət etdiyimiz Mədəniyyət Nazirliyi tərəfindən mükafata layiq görüldük. Biz bunu çoxdan gözləyirdik. 2000-ci ildə "Parni iz Baku" dünya çempionu olanda bu mükafatı gözlədik. Bu, insanın sənətinə verilən böyük bir qiymətdir. Hər bir mükafat böyük dəyərdir.
Ömür boyu Azərbaycan mədəniyyəti üçün çalışmışıq, mədəniyyətimizi təbliğ etmişik. Bu səbəbdən Mədəniyyət Nazirliyindən bu mükafatı çoxdan gözləyirdik. Qismət nazirliyin yeni rəhbərliyinə düşdü. Fürsətdən istifadə edib, Anar Kərimova təşəkkürümü bildirirəm. Bu bizim teatr üçün olduqca tarixi hadisədir”.