Mədəniyyət
2988
11 Dec 2021 | 14:36

"Şuşanı alan qəhrəmanlarımızı xalqımız niyə tanımamalıdır?"

"Yaxşı ki,1957-ci ildə “Uzaq sahillərdə” filmini çəkdik. 70 ildir ki, biz o filmə baxırıq. Şəhidlərimizin hər birinin qəhrəmanlığı ayrı bir hekayədir. Niyə onlardan bəhs edən filmlərimiz çəkilmir? İndiyə qədər bu mövzuda 10 film, 100 sənədli film çəkilməli idi. Şuşanı alan qəhrəmanlarımızı xalqımız niyə tanımamalıdır? Şuşanın işğalı zamanı 600-ə yaxın övladlarımız şəhid oldu. Onlardan biri də mənim oğlum idi. Niyə bunları xalq tanımamalıdır? Niyə öz qəhrəmanlarımızı tanımayaq? Dünya şokdadır ki, Azərbaycan 44 gündə belə bir tarixi qələbə qazandı. Bu qələbəmizi  niyə  təqdim etmirik?"

 

 Bu sözləri Moderator.az -a açıqlamasında xalq artisti Əli Nur bildirib:  

 

“II Qarabağ müharibəsində döyüşən qəhrəmanlar haqqında film çəkmək lazımdır. Mübariz İbrahimov dünyada alternativi olmayan cəsur əsgərdir. Gör onun haqqında hər hansı film çəkilibmi? Mədəniyyət nümayəndələrimiz nə işlə məşğuldur? Ancaq ev alıb-satmaqla? Bir ölkə dünyada mədəniyyəti ilə tanınır. Mədəniyyətin başında isə o ölkənin kinosu dayanır. 

İnd bizdə İlyas Əfəndiyev, Mirzə Fətəli Axundzadə  yoxdur. Hanı bəs müasir dövrün yazıçıları? Firuz Mustafanın bu mövzuda 10 pyesi var. Niyə onlar tamaşaya qoyulmur? Azərbaycan xalqının başına gətirilənlər haqda indiyə qədər filmlər çəkilməli idi. 27 teatrlarımız var ki, onlar bu mövzuda  tamaşalar nümayiş etdirməli idi. Kimdir günahklar?"

 

Xəyalə Rəis 
 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər