“İnsanları qəhrəmanlığa uşaq vaxtlarından hazırlamaq lazımdır”
Mədəniyyət
2869
06 May 2021 | 12:40

“İnsanları qəhrəmanlığa uşaq vaxtlarından hazırlamaq lazımdır”

Valeh Kərimov: “Bu hazırlığın əsasını isə filmlər, tamaşalar təşkil eməlidir”

“İnsanları qəhrəmanlığa uşaq vaxtlarından hazırlamaq lazımdır”.

Bunu Moderator.az-a açıqlamasında Xalq artisti Valeh Kərimov bildirib.

Xalq artisti qeyd edib ki, qəhrəmanlarla bağlı filmlərin çəkilməsi, tamaşaların hazırlanması bir çox baxımdan son dərəcə zəruridir:

“Qəhrəmanlarla bağlı filmlərin çəkilməsi, tamaşaların hazırlanması sadəcə o qəhrəmanların xatirəsini əbədiləşdirmək, onları xalqa tanıtmağa xidmət etmir. Bu, həm də insanları qəhrəmanlığa hazırlamaq, onları buna səsləməyə xidmət edir.

Insanları qəhrəmanlığa uşaq vaxtlarından hazırlamaq lazımdır. Necə ki, uşaqlar Mehdi Hüseynzadə, Həzi Aslanov və s. kimi qəhrəmanlarla bağlı hazırlanan filmlərə baxa-baxa özlərini onlara bənzətməyə çalışıb. Bu ənənəni davam etdirmək olduqca vacibdir. Bu, gələcək nəsillərin vətənpərvərlik ruhunda tərbiyəsi, qəhrəmanlıq ideyalarının daşıyıcısı olması baxımından olduqca əhəmiyyətlidir. Buna görə də qəhrəmanlarla bağlı filmlərin çəkilməsinə xüsusi diqqət yetirilməlidir. Bu iş yüksək bacarıq və keyfiyyətlə həyata keçirilməlidir”.

 

Seymur ƏLİYEV

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər