Mədəniyyət
4563
05 May 2021 | 23:41

"Sübut edəcəyik ki, Türkiyə və Azərbaycan birləşərsə bütün dünyaya meydan oxuyarlar"

Türkiyədə “Türkiyə Azərbaycan Qardaşlıq Ödülləri” gecəsi keçiriləcək.
 
Belə ki, azərbaycanlı və türkiyəli məşhurlar bu gecədə üz-üzə gələcəklər.
 
“Türkiyə Azərbaycan Qardaşlıq Ödülləri” gecəsinin  təsisçisi və rəhbəri Atakan Taşur Moderator.az-a bu haqda özəl müsahibə verib.
“Bu layihə 2017-ci ildə “Türkiyə Azərbaycan Qardaşlıq Ödülləri” adı ilə başladı. Layihənin qurucusu mənəm, marka patenti də mənə aiddir. Belə ki, iki ölkənin sənət, siyasət, idman, iş adamlarını bir araya gətirib, iki qardaş ölkə arasında mədəniyyət körpümüzü qurub, bütün dünyaya bölünməz bütünlüyümüzü göstərməliyik. Bu mükafatlandırma mərasimi keçən il pandemiya səbəbi ilə keçirilmədi. Bu dəfəki mükafatlandırma gecəsini Qarabağ zəfərinə həsr etmişik. Sübut edəcəyik ki, Türkiyə və Azərbaycan birdir və onlar birləşərsə bütün dünyaya meydan oxuyarlar. Əsil olan həmin sənətçilərin bir-biri ilə tanış olub, qucaqlaşmasıdır. Sözdə deyil, əməlimizdə bir olmalıyıq. Türkiyədən biz bu mükafatı Gülbən Ərgən, Perihan Savaş, Vilma Elles, Yusuf Güney, Ebru Yaşaq, Serkan Kaya, və s. sənətçilərə, qardaş Azərbaycandan isə Cahangir Novruzov, Məlahət Abbasova, Sakit Məmmədov, Nizar Məmmədov, Ədalət Şükürov və s. məşhurlara təqdim etmişik. Bu il də hər iki ölkədən məşhur və sürpriz adlar olacaq” deyə Atakan Taşur bildirib.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər