Xalq artisti Fəxrəddin
Manafov Facebookda adına açılan saxta profillə bağlı müraciət edib.
Moderator.az xəbər verir ki, F. Manafov bununla bağlı dostlarına
xəbərdarlıq edib:
“Mənim adımdan Facebookda profil istifadə edirlər,
fikirlər yazırlar, dostlarımın mesajlarına cavab verirlər. Şəxsən tanıdığım və
tanımadığım hər kəs, tanışlığım olan dostlarım həmin profilə dostluq göndərir,
bilməyərəkdən aramızda olan söhbətlərdən bəhs edirlər. Mən təbii ki, aidiyyatı
hüquq-mühafizə orqanlarına şikayət edəcəm. Amma burdan məni tanıyan və
tanımayan hər kəsə deyirəm ki, mən heç vaxt sosial şəbəkə istifadəçisi
olmamışam və olmağı da düşünmürəm. Belə oyunbazlara, mənim adımdan istifadə
edib nə məqsədə qulluq etdikləri bəlli olmayanlara aldanıb danışmayın. Dostluq
göndərib, mesaj yazmayın".
Fəxrəddin Manafovun adına açılan
saxta profil