ÜST-dən koronavirusla bağlı ÇAĞIRIŞ: Maska taxın! - FOTO
3113
06 Jan 2024 | 10:15

ÜST-dən koronavirusla bağlı ÇAĞIRIŞ: Maska taxın! - FOTO

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Qebreyesus koronavirusla bağlı xəbərdarlıq edib. 

Bizim.Media xəbər verir ki, bu barədə o, X sosial şəbəkəsində (keçmiş Twitter) yazıb. 

ÜST direktoru maska taxmağı və COVID-19-a qarşı peyvənd olunmağı bərpa etməyə çağırıb. 

"COVID-19, qrip və digər patogenlərin yaratdığı tənəffüs yoluxucu xəstəliklərin sayı bir neçə həftədir ki, bir çox ölkədə artmaqdadır və bayramlardan sonra da davam edəcəyi gözlənilir", - Qebreyesus bildirib. 
Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri, həmçinin, COVID-19 üçün testlərin keçirilməsini və zəruri hallarda həkimlərdən tibbi yardım almağa çağırıb. O, bütün ölkələrin hakimiyyət orqanlarına testlərə və vaksinlərə çıxışı təmin etməyi, həmçinin virusun mümkün mutasiyalarını izləməyi tövsiyə edib.



Bizim.Media
 

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər