Moderator.az xəbər verir ki, alimlərin son araşdırmaları sağlam həyat üçün illərlə qəbul edilən “10 min addım” qaydasının mütləq olmadığını ortaya qoyub.
Məlumata görə, gündə cəmi 20 dəqiqə yerimək belə insan sağlamlığına ciddi müsbət təsir göstərir. Bu, qan dövranını yaxşılaşdırır, arterial təzyiqi aşağı salır və ürək-damar xəstəlikləri riskini azaldır.
Bundan əlavə, müntəzəm gəzinti qanda şəkərin səviyyəsinin tənzimlənməsinə kömək edir və diabet ehtimalını azaldır. Alimlər qeyd edir ki, hətta gün ərzində 3-4 min addım atmaq belə orqanizm üçün faydalıdır və sağlamlıq baxımından nəzərəçarpacaq nəticələr verir.
Araşdırmada həmçinin vurğulanır ki, yerimək beyin fəaliyyəti üçün də əhəmiyyətlidir. Qan axınının yaxşılaşması demensiya və yaddaş problemlərinin qarşısını almağa kömək edir.
(musavat)