Şampun saç tökülməsinə səbəb olur? - Mütəxəssisdən açıqlama
Maraqlı
313
08:10, Bu gün

Şampun saç tökülməsinə səbəb olur? - Mütəxəssisdən açıqlama

"Patoloji saç tökülməsi insanın başını hansı şampunla yuması ilə heç cür əlaqəli deyil".
 
Bu barədə rusiyalı trixoloq və dermatoveneroloq Eduard Buçarov Gazeta.ru-nun jurnalistləri ilə söhbətində deyib.
 
"Şampun keçəlliyin səbəbi deyil. O, tərkibinə görə konkret insan üçün uyğun olmaya bilər, qıcıqlanma yarada bilər, lakin patoloji saç tökülməsinin mexanizmi daha dərin proseslərlə bağlıdır", - deyə həkim açıqlamasında bildirib.
 
E.Buçarov əlavə edib ki, problemin kökünü saç follikullarının vəziyyətində axtarmaq lazımdır:
 
"Follikullar dərinin altında yerləşdiyi üçün şampun onlara təsir edə bilmir. Hətta yuyucu vasitədə aqressiv maddələr olsa belə, onlar follikulların fəaliyyətinə təsir göstərmir və patoloji saç tökülməsinə səbəb olmur". /oxu.az/
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər