Maraqlı
1430
15:50, Bu gün

"Müasir qadınlar neandertalları üstün tutub" - Elmi tədqiqat

"Yeni tədqiqat maraqlı genetik və sosial nüansları üzə çıxarır..."

Yeni tədqiqat göstərir ki, neandertallarla "Homo sapiens" arasında qarışıq cütləşmələrdə adətən ata neandertal, ana isə müasir insan olub. Bu, insanların və neandertalların qarşılıqlı əlaqəsində maraqlı bir meyli işıqlandırır.

Moderator.az xəbər verir ki, bu barədə "Earth" nəşri yazıb.

Neandertallar və "Homo sapiens": tarix boyu qarşılaşma

Nəşr yazır ki, təxminən 200 min il əvvəl "Homo sapiens" qrupunun bir hissəsi Afrikadan çıxaraq qonşu qitələrdə məskunlaşmağa başlayıb. Bu insanlar "anatomik olaraq müasir insan" ,yəni bizim birbaşa əcdadlarımızın daxil olduğu populyasiya hesab olunurdu.

Asiyada onlar görünüşcə bənzər, lakin genetik olaraq fərqli olan neandertallarla qarşılaşıb. Növlər arasındakı fərqlərə baxmayaraq, onlar nəsil verə bilib və bu proses minilliklər boyu davam edib. Daha sonrakı miqrasiyalar da neandertallarla qarışığa səbəb olub və bu gün insanların çoxu kiçik də olsa, onların DNT-sinə sahibdir.

X-xromosom və genetik qeyri-bərabərlik

Genetik araşdırmalar göstərir ki, neandertal DNT-si xromosomlar üzrə çox bərabər paylanmayıb. Belə yerlərə "neandertal səhraları" - DNT-nin qorunmadığı bölgələr adlanır. Xüsusilə X-xromosomda bu, çox aydın görünür, demək olar ki, neandertal ardıcıllıqları orada yoxdur. Əvvəllər bunun səbəbi kimi belə genlərin müasir insanlar üçün zərərli ola biləcəyi düşünülüb.

Lakin ABŞ-da aparılan yeni tədqiqat neandertal DNT-sini yoxlayıb gözlənilməz bir disbalansı aşkar ediv. Tədqiqatın aparıcı müəllifi Daniel Harris qeyd edir: "Müasir insanlarda neandertal X-xromosomu demək olar ki, yoxdur, amma neandertal dişilərin DNT-si digər xromosomlarla müqayisədə "Homo sapiens" DNT-si ilə 62 faiz daha zəngin olub.

Sosial seçim və cütləşmə meyli

Tədqiqatın aparıcı alimlərindən Aleksandr Platt "Science Alert" nəşrinə bildirib ki, bu, qarışıq cütləşmələrdə neandertal erkəklərin və müasir insan dişilərinin üstünlük təşkil etdiyini göstərir. Onun sözlərinə görə, bu yalnız təbii seleksiya deyil, həm də qədim insanların sosial davranışları, cütləşmə seçimləri və mədəni əlaqələrini əks etdirir. 

Müasir qadınların neandertalları üstün tutması, ya da neandertalların "Homo sapiens" qadınlarını seçməsi ehtimalı vardır. Beləliklə, insanların X-xromosomunda neandertal DNT-sinin minimal miqdarı yalnız təkamül təzyiqi ilə izah edilmir, həm də qədim əcdadlarımızın sosial vərdişləri, mədəni və sosial münasibətləri ilə bağlıdır.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər