Astroloqlardan XƏBƏRDARLIQ: 14 gün...
Maraqlı
265
13:30, Bu gün

Astroloqlardan XƏBƏRDARLIQ: 14 gün...

Merkuri geriləməsinin bitməsi ilə rahatlıq gözləyənlər üçün astroloqlar xəbərdarlıq edib.
 
Astroloqların fikirinə əsasən, bu mərhələ hələ tam başa çatmayıb və indi “kölgə dövrü” adlanan, təsirlərin davam etdiyi daha həssas bir perioda keçid baş verib. Astroloji təhlillərə görə, təxminən 14 gün davam edən bu dövrdə əvvəlki həftələrdə yaranmış problemlər yenidən gündəmə gələ bilər.
 
Xüsusilə ünsiyyət, texniki məsələlər, sənədlər və müqavilələrlə bağlı gecikmələr və anlaşılmazlıqların davam edəcəyi iddia olunur. Merkurinin yenidən normal hərəkət sürətinə qayıtması zaman aldığı üçün enerji hələ də tam sabitləşmir. Bu səbəbdən astroloqlar tələsik qərarlardan çəkinməyi tövsiyə edirlər. Aparılan şərhlərdə xüsusilə Balıqlar bürcünün bu mərhələdən daha çox təsirlənəcəyi qeyd olunur.
 
Bunun səbəbi isə geriləmə dövrünün əsasən bu bürcün təsiri altında baş verməsi ilə izah edilir. Balıqlar yaxın günlərdə keçmişdən gələn mövzularla üzləşə, köhnə münasibətlər və həll olunmamış məsələlərlə bağlı daxili gərginlik yaşaya bilərlər. Eyni zamanda, özlərini düzgün ifadə etməkdə çətinlik çəkmələri və yanlış anlaşılmaları mümkündür. Astroloqlar bu dövrdə xüsusilə sevgi, karyera və maliyyə ilə bağlı qərarlarda ehtiyatlı olmağı, səbirli davranmağı və emosional addımlardan uzaq durmağı məsləhət görürlər. /Sfera.az/
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər