Gəncliyin sirri səhər yeməyindədir: Alimlər
Maraqlı
223
08:50, Bu gün

Gəncliyin sirri səhər yeməyindədir: Alimlər "sehrli üçlüyü" tapdılar

Yeni araşdırmalara görə, müəyyən qidaların birləşməsindən ibarət səhər yeməyi qocalma prosesini ləngitmək qabiliyyətinə malikdir. Söhbət balıq, yumurta və qəhvə triosundan gedir.
 
Moderator.az xəbər verir ki, bu barədə "Focus" nəşri məlumat yayıb.
 
Məqalədə qeyd olunur ki, səhərə qayğanaq, balıq və bir neçə fincan qəhvə ilə başlamaq bioloji qocalmanı ləngidir.
 
Tədqiqatçıların fikrincə, bu məhsullar hüceyrələrin fəaliyyətini dəstəkləyən və orqanizmin gəncliyini qoruyan vacib qida maddələri ilə zəngindir. Mütəxəssislər vurğulayırlar ki, burada əsas rolu təkcə səhər yeməyinin tərkibi deyil, həm də onun müntəzəmliyi oynayır. Səhər vaxtı balanslaşdırılmış qidalanma orqanizmdə faydalı mexanizmləri işə salır və yaşla bağlı mənfi dəyişiklikləri azaldır.
 
Bununla belə, ekspertlər xatırladırlar ki, təkcə düzgün səhər yeməyi kifayət deyil. Gəncliyi uzun müddət qorumaq üçün sağlam həyat tərzi, fiziki aktivlik və keyfiyyətli yuxunu əhatə edən kompleks yanaşma vacibdir.
 
Link kopyalandı!
Son xəbərlər